Ana Sayfa > Xəbər > Azərbaycan nefti yenə ucuzlaşdı
Azərbaycan nefti yenə ucuzlaşdı2-12-2015, 10:29. Yazar: admin |
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar yaxud 1,76% ucuzlaşıb. "Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,21 dollara bərabərdir. Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Geri dön |