Ana Sayfa > Xəbər > Masallılardan Nardaran hadisələrinə - Reaksiya
Masallılardan Nardaran hadisələrinə - Reaksiya1-12-2015, 17:46. Yazar: admin |
Masallı bölgəsində yaşayan ictimaiyyət nümayəndələri noyabrın 30-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər. AzVision.az xəbər verir ki, müraciətdə deyilir: `Özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun təxribat əməlləri cəmiyyətdə birmənalı olaraq qəzəblə qarşılandı. Ekstremistlərin bu hərəkəti rayonumuzun ictimaiyyəti tərəfindən hiddətə səbəb olmuş, xəyanətkarların hərəkəti pislənilmişdir. Biz masallılar da ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini Vətənə xəyanət adlandırırıq. Masallı sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdudur. Azərbaycançılıq məfkurəsinə, milli-dövlətçiliyə, Ümummilli Liderin siyasi xəttinə sədaqət hissi vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə varislik ənənəsi hamımızın qəlbində yaşayır. Tariximizin parlaq səhifəsində adları şərəflə çəkilən qəhrəmanlarımızın cərgəsində Masallı övladlarının olması qürur doğurur. Fəxr edirik ki, dövlətçiliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda müqəddəs mübarizədə Milli Qəhrəmanlarımız, şəhidlərimiz var. İslam dini bizə “Vətəni sevmək imandandır” fikrini, mənəviyyatını təlqin edir. Bu mənada dövlətə, hakimiyyətə qarşı çıxan, əmin-amanlığımızı, xoş güzəranımızı gözü götürməyənlər din pərdəsi altında məkrli hərəkətlərə yol verənlər cinayətkardırlar. Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu bütün dünyaya nümunə olacaq dərəcədədir. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Bu fakt inkaredilməzdir ki, uğurlarımızı həzm edə bilməyən xarici antiazərbaycan qüvvələr ölkəmizdə ictimai-siyasi asayişi pozmaq üçün daim cəhdlər göstərsə də, bunun qarşısı qətiyyətlə alınır. Nardaranda baş verən hadisələr xarici dairələrin göstərişilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa bir daha göstərdi. Ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyan bu təxribatın hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındı. Xarici dairələrin məkrli niyyətinin alətinə çevrilən müəyyən qrup şəxslərin dövlətçiliyimizə yönələn cinayətlərini biz Masallı ictimaiyyəti - dindarlar, ziyalılar, ağsaqqallar qınayırıq. Bu cür qurumların bütün üzvləri ifşa edilərək məsuliyyətə cəlb edilməlidir. Bu bizim vətəndaşlıq mövqeyimizdir. Masallılar bütün məqamlarda olduğu kimi indi də, bundan sonra da dövlətçiliyimizin ətrafında sıx birləşəcək və belə qruplara qarşı kəskin mübarizə aparacaqlar. Baş verən hadisələr bir daha onu təsdiqləyir ki, beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycanda ictimai sabitliyi pozmaq, tolerant ölkə imicinə zərbə vurmaq qeyri-mümkündür. Xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu ölkədə hansısa beynəlxalq gücün, hansısa dövlətin dövlətçiliyimizə, müstəqilliyimizə təcavüz cəhdlərinə yol verilə bilməz. Biz masallılar baş verən hadisələri pisləməklə ölkəmizdəki əmin-amanlığa, sabitliyə qarşı yönələn cinayətlərin törədicilərinə ciddi cəza verilməsini və cəzalandırımasını tələb edirik. Mirqiyas Təhməzov – QMİ-nin bölgə qazısı Cavanşir Əsədov – Ağsaqqallar Şurasının sədri Mirkərim Əliyev - din xadimi Məmmədhüseyn Həsənov – Prezident təqaüdçüsü Qardaş Fətullayev – Ziyalılar Cəmiyyətinin sədri Atabala Hacıyev – müharibə veteranı Camal Manafov – Gənclər və İdman İdarəsinin rəisi Mirqabil Hüseynov – 1 nömrəli şəhər tam orta məktəbinin direktoru Məmmədağa Şiriyev – MƏSQ rayon təşkilatının sədri Nəriman Qafarov-ağsaqqal Məhərrəməli Əbilov - Aşurlu dini icmasının sədri Nəcəfqulu Quliyev- Hacıtəpə dini icmasının sədri Səxavət Mirzəyev – Qızılavar “Peysə” məscidi dini icmasının sədri Əli Qasımov- Ərkivan “Göllü” məscidi dini icmasının sədri Vaqif Mikayılov- Dadva məscidi dini icmasının sədri Oruc Qurbanov- Çaxırlı məscidi dini icmasının sədri Rəbbi Kərimov- Eminli məscidi dini icmasının sədri Ramil Şahbazov- Sığıncaq məscidi dini icmasının sədri Əliman Hüseynov- Ərəb məscidi dini icmasının sədri Etibar Sadıqov- Bağıroba məscidi dini icmasının sədri Geri dön |