Ana Sayfa > Xəbər > Ərdoğan Obama ilə görüşür
Ərdoğan Obama ilə görüşür1-12-2015, 13:35. Yazar: admin |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında Parisdə BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində görüş baş tutub. Axar.az xəbər verir ki, hazırda davam edən görüş bağlı qapılar arxasında keçirilir. Liderlərin görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir. Qeyd edək ki, dünən başlayan İqlim Dəyişikliyi Konfransı dekabrın 11-dək davam edəcək. Konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Geri dön |