Ana Sayfa > Xəbər > Papa Ermənistana gedə bilər
Papa Ermənistana gedə bilər1-12-2015, 11:39. Yazar: admin |
![]() Roma Papası Ermənistana gedə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə o özü məlumat verib. Katolik kilsəsinin lideri Papa Fransisko Ermənistana səfər mesajını verməklə yanaşı, Rusiya-Türkiyə münasibətlərinə də toxunub. Afrika ölkələrinə səfəri zamanı açıqlama verən Papa İtaliyanın "La Repubblica" qəzetinin əməkdaşının suallarını cavabalandırıb. O, "1915-ci il hadisələrinin 101-ci il dönümündə Ermənistana getməyiniz gözlənilir?" sualına belə cavab verib. "Keçən il 3 partiarxa Ermənistana gedəcəyimə dair söz verdim. Bunu reallaşdıra bilərəm, ya yox bilmirəm. Amma söz verilib". Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsini vurması məsələsinə də toxunub. O, deyib ki, savaşlar mənafelər üçün törədilir. "Özünü haqsızlıqlardan müdafidə üçün edilən sacvaşlardan bəhs etmirəm. Tarixdə dəfələrlə görmüşük ki, bir ölkə büdcəsi dolmayan kimi "müharibə edək" deyib. Savaşlar günahdır, qarşısı alınmalıdır, onlar bəşəriyyəti məhv edir, insan alveri və bir çox mənfi hala səbəb olur. Tanrı sülh tanrısıdır". Roma Papası müsəlmanlarla xristianların dialoq qura biləcəyini bir daha xatırladıb. O, Afrika səfəri çərcivəsində bir məcdsciddə imamla dua etdiyini bildirib. "Biz xristianlar nə qədər savaş etmişik? Romanın yağlamaanmasını (Sacco di Roma) müsəlmanlar etməyib ki..." O, Fransada 150 ölkə liderinin iştirakı ilə başalayan İqlim dəyişkənliyi toplantısı barədə fikirlərini dilə gətirib. Papa deyib ki, dünya intiharın astanasındadır. Məsələ hər il daha da ağırlaşır. Papa səfər etdiyi Afrikanın daima müstəmləkə altında olduğunu, talandığını deyib. "Afrika qurbandır. Afrika təcavüzün şəhididir. Onun zənginliklərini almaq istəyən güclər var. Bəlkə də bura ən zəngin qitədir. Amma onun böyüməsinə kömək etməyi düşünümürlər". Geri dön |