Ana Sayfa > Xəbər > "Mən o gözəl filmlərlə böyümüşəm"
"Mən o gözəl filmlərlə böyümüşəm"30-11-2015, 15:29. Yazar: admin |
Ötən gecə məşhur kinorejissor, SSRİ Xalq artisti Eldar Ryazanov 86 yaşında dünyasını dəyişdi. Rejissorun ölümünə səbəb ürək və ağ ciyər çatışmazlığı olub. Yaddaqalan filmlər ərsəyə gətirən rejissor Azərbaycanda da çox sevilib. Bu gün bir çox sənət adamları kinorejissorun ölüm xəbərinə çox məyus olublar. Rejissorun ölümünə çox üzülən aktrisa Hüsniyyə Mürvətova Moderator.az-a açıqlamasında bunları deyib : “Eldar Ryazanovun vəfatı sənətin itkisidir, sənətdə böyük bir sənətkarın, itkisidir. Mən uşaq olanda hələ Eldar Ryazanovun filmləri keçmiş Sovetlər Birliyində məşhur idi və mən o gözəl filmlərlə böyümüşəm. Demək olar ki, Ryazanov bütün filmlərində eyni aktyorlala işləyirdi və aktyorları hərtərəfli inkişaf etdirirdi. Bu baxımdan rejissor olaraq çox dəyər verdiyim, filmlərini sevə-sevə izlədiyim rejissor idi. İndinin özündə də Ryazanovun filmlərini izləyəndə nostalji hisslər yaşayıram, qayğısız uşaqlıq illərim yadıma düşür. Bu gün Eldar Ryazanovun ölümünü eşitdiyimdə çox kədərləndim. Allah rəhmət eləsin!”. Eldar Ryazanovu çox sevən, Azərbaycanda özünü ona bənzətmək istəyən rejissor Cavid İmamverdiyev kədərini feysbuk səhifəsində paylaşıb: “Yeni həftənin yeni günü sevincsiz başlayır. Facebooku açanda ilk gördüyüm bu məlumat oldu. Mənim ən sevimli rejisorum. Mənim sevimli şairim. Yaradıcı insan, hansı ki, mənim rejissor olmağıma təkan verdi. Onun filimləri bizim ayrılmaz hissəmiz olan Bulqakovun, İlfin və Petrovun kitabları, Vizbor, Vısotski, Okudcavanın mahnıları, Pasternak, Axmatova, Qumilyovun şerləri kimi ....... İşıqlı xatirə........ Əbədi xatirə...... Əvəzolunmaz itki....” Geri dön |