Ana Sayfa > Xəbər > 26 yaşlı oğlanın əllərinin kəsilmə səbəbi bilindi

26 yaşlı oğlanın əllərinin kəsilmə səbəbi bilindi


30-11-2015, 15:16. Yazar: admin
26 yaşlı oğlanın əllərinin kəsilmə səbəbi bilindi
Zaqatalada 26 yaşlı gəncin hər iki qolunun kəsilməsinin səbəbləri məlum olub.

Zaqatala rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Zaqatala şəhər sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən balta ilə kəsən həmyerlisi, 1985-ci il təvəllüdlü Araz Musayev artıq tutularaq istintaqa cəlb edilib.

Araz Musayev ilkin ifadəsində belə bir addıma əl atmasına səbəb kimi V. Bəşirovun ona borcu olmasını göstərib:

"Qollarını kəsdiyim Vüsal məndən bir ay bundan əvvəl 7 min manat məbləğində borc alıb. Yaxın günlərdə qaytaracağını desə də həmin borcu qaytarmadı. Məndə nəticə olaraq belə bir yola əl atdım və onun qollarını kəsdim", -deyə saxlanılan şəxs bildirib.

Prokurorluqdan həmçinin bildirdilər ki, hadisəni törədən şəxs tək olmayıb. Şübhəli şəxs müəyyən edilib, lakin hələlik tutularaq istintaqa cəlb edilməyib. Bu istiqamətdə işlər aparılır.

Xatırladaq ki, tükürpədici hadisə noyabr ayının 28-də axşam saatlarında Zaqatalada baş verib.

Vüsalın atası Vahid Bəşirov hadisədən sonra ANS PRESS-ə bildirmişdi ki, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vüqar Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Aparılan tibbi yardımlara baxmayaraq 26 yaşlı gəncin əllərini bərpa etmək mümkün olmayıb. Onun qolları amputasıya edilib.

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib.

Faktla bağlı Zaqatala rayon Prokruroluğunda araşdırmalar davam etdirilir.

Geri dön