Ana Sayfa > Xəbər > Nardaranda barrikadalar qaldırıldı

Nardaranda barrikadalar qaldırıldı


30-11-2015, 15:14. Yazar: admin
Nardaranda barrikadalar qaldırıldı
Nardaranda həyat get-gedə öz axarına dönür. Hal-hazırda kənddə olan hafta.az-ın əməkdaşının verdiyi məlumata görə, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri "İmam Hüseyn" meydanını təmizləyir.

Əməkdaşımızın məlumatlarını təqdim edirik:

- Sakinlərin sözlərinə görə, onların hökumətlə heç bir münaqişə aparmaq fikri yoxdur. Camaat hazırda morqda olan şəxslərin cənazəsini gözləyir. Kəndə işıq verilməsi hələ tam bərpa olunmayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, bu gün saat 17:00-da kəndə verilən işıq bərpa olunacaq.

Qeyd edək ki, 26 noyabr tarixində Bakının Nardaran qəsəbəsində “Müsəlman Birliyi Hərəkatı”nın bir qrup üzvü və polis arasında baş vermiş qarşıdurma cəmiyyətdə əsas müzakirə mövzusu olaraq qalmaqdadır.

Hadisələr zamanı 6 nəfər - 2 polis, 4 radikal dindar həlak olub. Ölkə ictimaiyyətinin böyük bir hissəsi baş vermiş olay zamanı polisə qarşı silah tətbiqini qəbulolunmaz adlandırıb.

Əməkdaşımızın kənddən geniş reportajını yaxın saatlarda təqdim edəcəyik. Bizi izləyin.

Geri dön