Ana Sayfa > Xəbər > Bakıda kafedə partlayış olub, 79 yaşlı qadın ölüb
Bakıda kafedə partlayış olub, 79 yaşlı qadın ölüb30-11-2015, 13:49. Yazar: admin |
Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində kafenin yanar konstruksiyaları və ona bitişik “Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Geri dön |