Ana Sayfa > Xəbər > Biləkləri kəsilən Zaqatala sakininin əllərinin bərpası qeyri-mümkündür - HƏKİM

Biləkləri kəsilən Zaqatala sakininin əllərinin bərpası qeyri-mümkündür - HƏKİM


30-11-2015, 12:04. Yazar: admin
Biləkləri kəsilən Zaqatala sakininin əllərinin bərpası qeyri-mümkündür - HƏKİM
“Hazırda vəziyyəti normaldır, reanimasiyadan çıxarılıb”.

Bu barədə Hafta.az-a Zaqatala Rayon Mərkəzi Xəstəxanasından ötən gün hər iki əli kəsilmiş Vüsal Bəşirovun növbətçi həkimi məlumat verib. Həkimin sözlərinə görə, Zaqatala sakininin əllərinin bərpası qeyri-mümkündür:

“Travmatologiya şöbəsinə köçürülüb. Köçürmə bu gün səhər saatlarında olub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Huşu anlaqlı vəziyyətdədir. Yeməyi də yedizdirilir. Vəziyyəti stabildir. Əllərinin yenidən bərpa olunması qeyri-mümkündür. Qətiyyən, çünki bilək sümükləri çox ciddi zədələnib. Polislər də bu gün gəliblər. Hadisə haqqında məlumat alırdılar. Hazırda Vüsalın həkimi Müşfiq Həsənovdur. Xəstəyə o nəzarət edir. Onun iş vaxtı bitib, bir də səhər növbəsində olacaq”.

Qeyd edək ki, noyabrın 28-i saat 23:45 radələrində Zaqatala şəhəri Azərbaycan prospekti bina 39-da yaşayan 1989-cu il təvəllüdlü Vüsal Vahid oğlu Bəşirov hər iki qolunun bilək nahiyəsindən əllərinin tamamilə kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.Zaqatala şəhər sakini 26 yaşlı Vüsal Bəşirovun əllərini borclu olduğu şəxslər kəsiblər.

Zərərçəkənin atası bildirib ki, oğlu şənbə günü Bakıdan rayona qayıdıb. Bundan xəbər tutan həmin şəxslər Vüsalı evdən çağırıblar və naməlum istiqamətə aparıblar. Bir müddət sonra oğlunun telefonuna zəng edən Vahid Bəşirova cavab verən şəxs artıq Vüsalın əllərini kəsdiklərini bildirib. Zərərçəkənin atası bildirib ki, oğlunun həmin şəxslərə pul borcu olub və bir müddət əvvəl borcun 300 manatını qaytarıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Araz Abdullayev artıq saxlanılıb.

Geri dön