Ana Sayfa > Xəbər > Xamneyidən ABŞ-a İTTİHAM: “Çoxunun xəbəri yoxdur”
Xamneyidən ABŞ-a İTTİHAM: “Çoxunun xəbəri yoxdur”30-11-2015, 11:17. Yazar: admin |
İranın ali dini lideri ayətullah Xamneyi Qərbin, xüsusilə ABŞ-ın İslam dünyasına qarşı tətbiq etdiyi ikili standartlara görə ”İslam dövləti” (İŞİD) qruplaşmasının yarandığını bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “İRNA” agentliyi vasitəsilə Qərbdə yaşayan gənclərə müraciət edən Xamneyi hazırda terrorizmin ümumi bəla olduğunu dilə gətirib. “Bu gün ABŞ-ın “Taliban”, “Əl Qaidə” və onların zalım davamçılarının yaradılmasına, bəslənməsinə və silahlanmasında oynadığı rolu çox az adam bilir”. Seyid Əli Xamneyi Qərbin tətbiq etdiyi standartların davam edəcəyi halda dünyada qeyri-sabit situasiyanın da davamlı olacağını deyib. Geri dön |