Ana Sayfa > Xəbər > Azərbayacanda polisi maşın vurdu
Azərbayacanda polisi maşın vurdu30-11-2015, 11:07. Yazar: admin |
Xidmətini vəzifəsini yerinə yetirən polis əməkdaşını maşın vurub. Hadisə Tovuz rayonunda baş verib. Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun polis şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, 1978-ci il təvəllüdlü Elmar Əli oğlu Xəlilov rayonun Yuxarı Öysüzlü kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən onu, qarşıdan gələn 1990-cı il təvəllüdlü, həmin kəndin sakini olan Bayram Qasımov idarə etdiyi "VAZ- 2107" markalı avtomobillə vurub. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib. Xəstəxanadan bildirdilər ki, aldığı xəsarətlər nəticəsində ayağı sınan Elmar Xəlilov bu gün səhər saatlarında Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb. Polis İdarəsindən isə hadisəyə səbəb kimi, Bayram Qasımov ilkin ifadəsində qarşıdan gələn avtomobilin işığının onun gözünə düşdüyünü, bu səbəbdən polis əməkdaşını görmədiyini bildirib. Faktla bağlı Tovuz Rayon Polis İdarəsində araşdırma aparılır. Bu ilin avqust ayında da polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol qəzası baş vermişdi. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyev naməlum vatomobil tərəfindın vurulmuşdu. Yaralı polis, ətrafdakı insanların köməyi ilə dərhal xəstəxanaya çatdırılmışdı. Onu vurub ərazidən qaçan şəxsin isə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis serjantı Aydın Babayev olduğu müəyyən edilmişdi. Geri dön |