Ana Sayfa > Xəbər > Elmar Məmmədyarov NATO iclasında iştirak edəcək
Elmar Məmmədyarov NATO iclasında iştirak edəcək30-11-2015, 10:41. Yazar: admin |
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. "Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq. İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək. Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır. Geri dön |