Ana Sayfa > Xəbər > Bərdədə iki gənc bir birini bıçaqladı

Bərdədə iki gənc bir birini bıçaqladı


26-11-2015, 18:37. Yazar: admin
Bərdədə iki gənc bir birini bıçaqladı
Hadisə rayonun Şirvanlı kəndindəki kafelərdən birində qeydə alınıb. 28 yaşlı Emin Gözəlov öz həmkəndlisi 31 yaşlı Etimad Nəsirovla mübahisə edib. Əlbəayağa davaya çevrilən mübahisədə daha sonra tərəflər bıçağa əl atıb.

Əvvəlcə Emin Gözəlov həmkəndlisinə bıçaq zərbəsi vurub. Cavabında isə Etimat Nəsirov bıçaqla onun döş qəfəsinin sol tərəfinə zərbə endirib. Kafedə olanların köməyi ilə hər iki yaralı Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, Emin Gözəlovun vəziyyəti orta ağırdır.

Digər yaralının isə vəziyyəti normal olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Rayon polis şöbəsinin əməkdaşları hazırda mübahisənin hansı səbəbdən baş verdiyini araşdırır. Faktla bağlı cinayət işi açılıb.

Geri dön