Ana Sayfa > Xəbər > Rus məşhurlar Türkiyəni boykot etdi
Rus məşhurlar Türkiyəni boykot etdi26-11-2015, 17:53. Yazar: admin |
Türkiyənin hava sərhədini keçən rus təyyarəsini vurmasından sonra iki ölkə arasındakı gərginlik şou-biznesə də təsirsiz ötüşməyib. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın tanınmış sənət adamları Timati, Dima Bilan, Serqeya Lazareva, Filipp Kirkorov, Nikolay Baskov Türkiyədə konsert verməkdən imtina ediblər. Onlar hətta qardaş ölkədə istirahət etməyəcəklərini də qeyd ediblər. Timatı Türkiyədə konsert verməkdən imtina edib: “Türkiyədə konsert verməyə hazırlaşırdım. Bilirəm gözlənilən konsertlərimin təxirə salınması mənə maddi ziyan verəcək. Lakin vətəndaş mövqeyi mənim üçün hər şeydən önəmlidir. Türkiyədə konsert verməyəcəm”. Geri dön |