Ana Sayfa > Xəbər > Gəncədə qəza zamanı yaralanan 20 sərnişinin şəxsiyyəti məlum oldu (SİYAHI)
Gəncədə qəza zamanı yaralanan 20 sərnişinin şəxsiyyəti məlum oldu (SİYAHI)26-11-2015, 16:27. Yazar: admin |
Gəncədə ağır yol qəzası baş verib. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Qəza nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər. Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır. X X X Gəncədə sərnişin daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 20 nəfər xəsarət alıb. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var. Bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişin daşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhətinin isə orta ağır olduğu bildirilir. Həkim Şahin Quliyev deyib: “Qəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicədən sonra evə buraxılacaq”. Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir. Yaralılar bunlardır: Azər Məmmədov - sürücü Şəhriyar Cəlilov Hekayət Əhmədzadə Arifə Cabbarova Xəyalə Abdulxalıqova Ülkər Əfəndiyeva Afaq Məmmədova Məryəm Əliyeva Zəhra Məmmədova Nərmin Əmirova Sevda İsmayılova Zöhrab Namazov Elmir Cəlilli Elmira Məmmədova Milana Məmmədova Amid Babaxanov Toğrul Əliyev İlham Bağırov Pərvanə Fətəliyeva Tofiq Eminov Faktla bağlı araşdırma aparılır. Geri dön |