Ana Sayfa > Xəbər > Başbuğ: “Rusiyaya G20-də xəbərdarlıq edildi ki…”

Başbuğ: “Rusiyaya G20-də xəbərdarlıq edildi ki…”


26-11-2015, 16:08. Yazar: admin
Başbuğ: “Rusiyaya G20-də xəbərdarlıq edildi ki…”
Dövlətlər öz sərhədləri daxilində qarşıdurma qaydalarını elan etmək və həyata keçirmək ixtiyarına sahibdirlər.

Axar.az xəbər verir ki, bunu tələbələr qarşısında çıxış edərkən Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, Rusiya-Türkiyə savaşı başlamayacaq:

“Suriya hadisələri başlayan gündən etibarən Türkiyə öz qaydalarını bütün dünyaya elan etdi. Türkiyə xüsusilə hava pozuntularına müdaxilə edəcəyini açıqladı. Suriya Rusiyaya çox lazımdır. Çünki bu, Moskva üçün Aralıq dənizinə qapıdır. Bu ölkənin Latakiyada aviabazası, Tartus bölgəsində isə dəniz bazası var. Rusiya heç vaxt Aralıq dənizinə çıxışdan imtina etməyəcək. Türkiyə G20 sammitində də dəfələrlə xəbərdar etdi ki, hava məkanına müdaxilə cavabsız qalmayacaq. Türkiyə ordusunun Baş Qərargahı heç vaxt yalan söyləməyib və söyləməyəcək. Baş Qərargah deyir ki, biz 5 dəqiqə içərisində sərhədə yaxınlaşan iki təyyarəyə 10 dəfə xəbərdarlıq etdik. Beş dəqiqə təyyarələr üçün çox ciddi bir zamandır. Rusiya və Türkiyə arasında savaş olmayacaq, amma bu hadisə müəyyən şeylərə ciddi təsir göstərəcək”.

Geri dön