Ana Sayfa > Xəbər > Gəncədə ağır qəza - 20 yaralı var

Gəncədə ağır qəza - 20 yaralı var


26-11-2015, 15:38. Yazar: admin
Gəncədə ağır qəza - 20 yaralı var
Gəncədə ağır yol qəzası baş verib.

“Qafqazinfo” Kəpəz TV-yə (Region TV) istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Qəza nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.

Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.

Geri dön