Ana Sayfa > Xəbər > "Özümü yaxşı apardığıma görə..." - Keçmiş məhkum -VİDEO
"Özümü yaxşı apardığıma görə..." - Keçmiş məhkum -VİDEO26-11-2015, 15:20. Yazar: admin |
![]() Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 40 yaşlı Vüqar Məhərrəm oğlu Ələsgərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan tiryək aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitəni öz istifadəsi üçün, tanımadığı şəxsdən aldığını bildirib. Əvvəllər məhkumluq həyatı yaşamış Vüqar Ələsgərov bu çirkin işə növbəti dəfə əl atdığını etiraf edib: "Əvvəllər də 2 dəfə məhkum olmuşam, biri narkotikə, biri əsgərliyə görə. Özümü yaxşı apardım, vaxtından qabaq çıxdım həbsdən. Çıxandan sonra yenə məşğul oldum, tutuldum. Narkotik vasitəni ancaq özüm istifadə edirdim, 2-3 il olar". Abşeron sakini Əliyev Mehman Fazil oğlu da saxlanılarkən üzərində narkotik aşkar olunub. Ömrünün 19 ilini həbsxanada keçirdiyini deyən Mehman 10 ildən artıqdır ki, narkotikə qurşandığını bildirib. Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq saxlanılan şəxslərin narkotik vasitələri hansı yolla əldə etməsi istiqamətində araşdırmalarını davam etdirir. (Region TV) Geri dön |