Ana Sayfa > Xəbər > Mövlud Çavuşoğlunun Bakı səfəri TƏSADÜFİ DEYİL
Mövlud Çavuşoğlunun Bakı səfəri TƏSADÜFİ DEYİL26-11-2015, 14:20. Yazar: admin |
“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün təsadüfən Bakıya gəlmir. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Ankara rəsmi Bakıdan qətiyyət gözləyir”. Hafta.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavoşoğlunun Bakı səfərini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirir ki, burada qətiyyət o demək deyil ki, Azərbaycan XİN-i təyyarənin vurulmasında Türkiyənin mövqeyini müdafiə edən bəyanat yaysın: “Qətiyyət odur ki, rəsmi Bakı Kremldən çəkinməsin, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına, birgə hərbi təlimlərə ara verməsin. Əks halda bu, rəsmi Bakının həm Ankaraya, həm də elə Moskvaya yanlış mesajı olar. Aydındır ki, təyyarənin vurulması fonunda Ermənistan hakimiyyəti cəbhə bölgəsində təxribat yaratmaqla, Rusiya diplomatiyasının və hərbi maşının Azərbaycana qarşı istifadəsinə həvəsləndirəcək. Türkiyənin xarici işlər nazirinin Bakıya səfəri İrəvanla Moskvaya mesajdır ki, odla oynamasınlar”. Geri dön |