Ana Sayfa > Xəbər > "Azərsu": Su borularının donmasına əsas səbəb fərdi qaydada xətlərin çəkilməsidir

"Azərsu": Su borularının donmasına əsas səbəb fərdi qaydada xətlərin çəkilməsidir


26-11-2015, 13:35. Yazar: admin
"Azərsu": Su borularının donmasına əsas səbəb fərdi qaydada xətlərin çəkilməsidir
“Soyuq hava şəraitində su borularının donması hallarına daha çox Bakıətrafı qəsəbələrdə rast gəlmək olar”.

“APA-Economics”in məlumatına görə, bunu “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

A. Cəbrayıllı bildirib ki, bu cür hallara Bakının Sabunçu, Suraxanı, Qaradağ, Binəqədi rayonlarında, o cümlədən Abşeron rayonunda rast gəlinir.

"Mərkəzləşdirilmiş şəbəkələr olan yerlərdə demək olar ki, suyun donma halları baş vermir. Problemin yaranmasında əsas səbəb insanların fərdi şəkildə su xətləri çəkməsidir. Əslində, su xətləri yerin altı ilə çəkilməlidir. Yerin üzərindən keçən kiçik diametrli su xətti havanın temperaturu - 1°C olduqda donur. Baxmayaraq ki, bu xətlər “Azərsu” ASC-nin şəbəkəsinə daxil deyil, qurum bununla bağlı işlər görür. Qəza baş verən zaman aradan qaldırırıq, donma zamanı suyun verilişini dayandırmırıq ki, boruda hərəkət, sirkulyasiya olsun”, - deyə A. Cəbrayıllı bildirib.

Geri dön