Ana Sayfa > Xəbər > Türk generalları toplanır – MÜHARİBƏ EHTİMALI
Türk generalları toplanır – MÜHARİBƏ EHTİMALI26-11-2015, 13:06. Yazar: admin |
Noyabrın 26-da axşam saatlarında Türkiyə Silahlı Qüvvələri Ali Hərbi Şurasının toplantısı olacaq. Hafta.az-ın verdiyi xəbərə görə, toplantıda baş nazir Əhməd Davudoğlu və müdafiə naziri İsmət Yılmaz da iştirak edəcək. Şuranın gündəliyində duran əsas məsələ kimi ölkənin sərhəd təhlükəsizliyi, eləcə də Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsinin vurulmasından sonra yaranan böhran, Suriyanın türkmənlərə aid bölgəsində Bəşər Əsəd və müttəfiqlərinin hərbi əməliyyatları, PKK, İŞİD kimi terrorçu qruplaşmalara qarşı mübarizə məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bəs ölkənin ali təhlükəsizlik şurasının yenidən toplantı keçirməsi yaxın günlərdə regionda nə kimi dəyişikliklər yarada bilər? Ümumiyyətlə, rus təyyarəsinin vurulmasından sonra şimal qonşumuzla qardaş ölkə arasında genişmiqyaslı müharibə baş verə bilərmi? Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov mediaya bəyanat verərək deyib ki, Rusiya Türkiyə ilə müharibə etməsə də münasibətlərinə yenidən baxacaq. Bu arada Rusiyanın Suriya ərazisindəki hərbi bazasında da “alarm vəziyyəti” elan olunub. Bütün şəxsi heyət yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib. Üstəlik Türkiyə də Yayla dağına 18 ədəd F-16 qırıcı təyyarə göndərib. Rəsmi Ankara bunu ölkənin cənub-şərqində dövlət sərhədlərinin gücləndirilməsi məqsədi daşıdığını bəyan edib. Baş verən hadiəslərin yaxın gələcəkdə nə ilə nəticələnəyi böyük suallar yaradıb? Hər iki tərəfin hərbi hazırlıqları fonunda qısamüddətli müharibə ehtimalları da öz mövcudluğunu qorumaqda davam edir. Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıxov hafta.az-a açıqlamasında deyir ki, belə bir gərgin şəraitdə generalların toplanması və müəyyən planlar cızması təbii görsənir: “Aydın məsələdir ki, Rusiya təyyarəsinin vurulmasından sonra vəziyyət xeyli kəskinləşib. Bu gözlənilən idi. Çünki, indi iki dövlət arasında soyuqluq yox, böyük gərginlik müşahidə olunur. Bunun nəticəsində də ikitərəfli münasibətlərdə bütün istiqamətlərdə əlaqələr dondurulacaq. Artıq tərəflər arasında bir-birini ittiham edən dairələr fəaliyyətə keçiblər. Vəziyyət bu həddə çatıbsa hər iki tərəf hərbi vəziyyətlə bağlı müəyyən işlər görməlidir və görülür. Əminəm ki, Türkiyə bundan sonra da öz sərhədlərini qoruyacaq. Qardaş ölkə rəsmiləri artıq bunu bir neçə dəfə bəyan da ediblər. Bildiriblər ki, hər hansı bir ölkənin təyyarəsi, eləcə də Rusiyanın hərbi hava gəmiləri bizim ölkənin sərhədlərini pozarsa, onu vuracağıq. Qeyd edilib ki, bu onların ərazilərini qorumaq haqlarından irəli gələn bir məsələdir. Bunu açıq şəkildə bəyan edirlər. Belə bir gərgin şəraitdə generalların toplanması və müəyyən planlar cızması təbii görsənir. Əlbəttə, bu region üçün çox böyük təhlükədir. İnanmıram ki, bunun sonu genişmiqyaslı müharibə ilə nəticələnsin. Təyyarənin vurulması müharibənin başlaması üçün böyük səbəb də deyil. Türkiyə öz sərhədlərini bundan sonra da qoruyacaq. Ankara dəfələrlə bəyan edib ki, Suriyanın şimalında yaşayan türkmənlərin də təhlükəsizliyini təmin edəcək”. Geri dön |