Ana Sayfa > Xəbər > Öldürülmüş pilot mükafatlandırıldı

Öldürülmüş pilot mükafatlandırıldı


26-11-2015, 11:23. Yazar: admin
Öldürülmüş pilot mükafatlandırıldı
Rusiya prezidenti Vladimir Putin noyabrın 24-də vurulmuş Su-24 bombardmançısının pilotuna Rusiyanın Qəhrəmanı adını verib. Su-24 Türkiyə-Suriya sərhədində Türkiyə qırıcısı tərəfindən vurulub.

Oleg Peshkov-a ölkənin ali mükafatının verilməsi barədə sərəncam noyabrın 25-də Kremlin saytında yerləşdirilib. Ancaq Peshkov-un həmin mükafata niyə layiq görüldüyü açıqlanmır.

Təyyarə vurulandan sonra Suriyada axtarış-xilasetmə əməliyyatında həlak olmuş Aleksandr Posynich-ə isə Cəsarətə görə Medal verilib.

Həmin mükafata Su-24-ün sağ qalmış şturmanı Konstantin Murakhtin də layiq görülüb.

Türkiyə Rusiya təyyarəsinin hava məkanını pozduğu, xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulduğunu deyir. Murakhtin isə onlara heç bir xəbərdarlıq edilmədiyini bildirir.

Geri dön