Ana Sayfa > Xəbər > “O ali məktəblərə layiqli insanlar rektor təyin olunmalıdır”

“O ali məktəblərə layiqli insanlar rektor təyin olunmalıdır”


25-11-2015, 17:22. Yazar: admin
“O ali məktəblərə layiqli insanlar rektor təyin olunmalıdır”
V çağırış Milli Məclisin yeni tərkibinin ilk sessiyası keçirildikdən sonra 4 deputat rektor vəzifəsindən azad edildi: Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov , Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abiyev ölkə Prezidentinin müvafiq sərəncamları ilə rektor statuslarını itirdilər.

Rektorların vəzifədən kənarlaşdırılması adları çəkilən ali məktəblərdə təhsilə necə təsir göstərə bilər?

Keçmiş millət vəkli, təhsil üzrə ekspert Şahlar Əsgərov Modern.az-a verdiyi açıqlamada həmin unversitetlərin təhsil həyatında çox böyük dəyişikliklər olacağını proqnozlaşdırıb:

“Hər yeni gələn şəxs yeniliklər gətirir. Köhnə fikirlərin, köhnəliklərin üstünə yeniliklər gələcək. Universitet daxilinə yeni kadrlar, yeni mütəxəssislər gələcək. Dünyada da bu belədir. Normalda universitet rektorları 5 ildən bir dəyişilməlidir ki, bu da birbaşa ali təhsil olacaqlarının inkişafına xidmət edə bilər”.

Ş.Əsgərov həm deputatın hansısa vəzifəni tutmasını da şərh edib:
“Mən güman edirəm ki, bizim qanunvericilikdə də bu barədə norma var. Mənim yadıma gəlir ki, ilk dəfə parlamentə üzv seçiləndə universitetdə prorektor idim. Nazim İmanov isə o zamankı Sosial İdarəetmə və Politologiya İnstitunun (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyası) prorektoru idi. O zaman bizə təklif edildi ki, ya prorektorluq, ya da ki millət vəkili olmaq. O da vəzifəni təhvil vedi, mən də. Amma ki, qanunla millət vəkili kimi universitetdə dərs demək, professorluq işi aparmaq olar. Vəzifə daşımaq isə olmaz”.

Şahlar Əsəgərov yuxarıda adları çəkilən ali məktəblərə yeni rektor təyinatları ilə bağlı fikrini bildirib: “Mənim bu barədə çox qərarlaşmış, qəti və kəskin mövqeyim var. Universitetlər ölməz qurumlardır. İnsanlar isə doğulan və öləndirlər. Heç zaman universitetləri insanlara qurban vermək olmaz. İnsanı universitetlərə qurban vermək lazımdır. Ona görə də həmişə layiqli insanlar rektor təyin olunmalıdır”.

Geri dön