Ana Sayfa > Xəbər > Belçikada həyat ahənginə dönür
Belçikada həyat ahənginə dönür25-11-2015, 16:40. Yazar: admin |
Belçikanın paytaxtı Brüsseldə təhlükəsizliyə görə 4 günlük fasilədən sonra məktəblər və metro noyabrın 25-də açılıb. Həmçinin muzey və digər ictimai yerlər açılıb. Amma şəhərdə təhlükəsizlik rejiminin səviyyəsi yüksək olaraq qalır. Məktəblərin mühavizəsinə 300 polis, metrolorda patrul xidmətinə isə 200-dək hərbçi cəlb edilib. Amma şəhərdəki metro stansiyalarının təxminən yarısı hələ də bağlıdır. Noyabrın 21-dən bu yana keçirilən reydlər zamanı azı 20 şübhəli saxlanıb. Onların əksəriyyəti sonradan sərbəst buraxılıb, 5 nəfərsə həbsdədir. Onlara qarşı Paris terrorları ilə bağlı ittiham irəli sürülüb. Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb. Rusiyanın Gazprom şirkəti Ukraynaya qaz verilməsinin dayandırdığını bəyan edib. Geri dön |