Ana Sayfa > Xəbər > Rusiya Ukraynaya verdiyi qazı dayandırdı

Rusiya Ukraynaya verdiyi qazı dayandırdı


25-11-2015, 13:23. Yazar: admin
Rusiya Ukraynaya verdiyi qazı dayandırdı
Rusiyanın “Qazprom” şirkəti Ukraynaya təbii qaz nəqlini dayandırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən “Qazprom”un Ukraynaya təbii qaz nəqli dayandırılıb. Bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller açıqlama verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında “Naftoqaz Ukrayna” əvvəlcə etdiyi ödənişə uyğun olan həcmdə Rusiya qazını alıb.
“Yeni qabaqcadan müəyyən edilən ödəniş isə hələlik edilməyib. “Naftoqaz Ukrayna”dan qaz tədarükü ilə bağlı ərizə daxil olmayıb. Belə olan halda, tədarük Ukrayna şirkətinin yeni ödənişinə qədər məhdudlaşdırılacaq”.

Geri dön