Ana Sayfa > Xəbər > "Putin Ərdoğandan heyfini bu cür çıxa bilər"

"Putin Ərdoğandan heyfini bu cür çıxa bilər"


25-11-2015, 11:19. Yazar: admin
"Putin Ərdoğandan heyfini bu cür çıxa bilər"
“Ərdoğanın Putinə etdiyini, indiyədək heç kəs edə bilməmişdi. Heç ABŞ bu qədər qarşıdurmaya getmədi. Putinin burnu ciddi şəkildə sürtülüb”.

Hafta.az-ın verdiyi xəbərə görə, bunu politoloq Fərhad Mehdiyev deyib. Politoloq bildirir ki, mövcud variantlardan biri də Rusiyanın Türkməndağı mövqelərini daha intensiv şəkildə bombalamasıdır:

“Baxaq indi “Volodya” bunu necə həzm edəcək. Mümkün olan intiqam variantları bunlardır. Birincisi, ruslar Türkməndağı mövqelərini bundan sonra daha sıx şəkildə bombardman edəcək. Bundan başqa, PKK-ya "İqla" raketlərini göndərəcək. Bu raketlər türk vertolyotlarını vurmağa yarayır. Həmçinin, şimal qonşularımız PKK-ya peyk vasitəsi ilə məlumat ötürəcəklər. Ərdoğan və yaxınları haqqında kompromat məlumatlarını yaymaq, düşmənlərinə informasiya ötürmək versiyasını da cavab addımları sırasında saymaq olar. Başqa bir variant kimi Putinin göstərişi ilə Rusiyadakı türk iş adamları sıxışdırıla bilər. Gömrük nəzarəti və fito-sanitar qaydaları bəhanə edərək, türk badımcanları və pomidorlarının Rusiyaya idxalını da yekunlaşdıracaqlar. Ruslar Türkiyəyə olan təyyarə səfərlərini bahalaşdırmaqla, Anadoludakı rus turistlərinin sayısının azaltmağa təsir göstərəcəklər. Bütün bu işlərdə İran Rusiyaya əlindən gələn köməyi edəcəkdir”.

Qeyd edək ki, noyabrın 24-də Suriya istiqamətindən Türkiyə sərhəddini keçən döyüş təyyarəsi vurulub. Döyüş təyyarəsi Türk Hava Qüvvələri tərəfindən beş dəqiqə ərzində on dəfə xəbərdarlıq edildikdən və qırıcının bu çağırışa məhəl qoymadıqdan sonra vurulduğu bildirilir.

Geri dön