Ana Sayfa > Xəbər > Suriyada Rusiya helikopteri vuruldu - YENİLƏNİB

Suriyada Rusiya helikopteri vuruldu - YENİLƏNİB


24-11-2015, 18:00. Yazar: admin
Suriyada Rusiya helikopteri vuruldu - YENİLƏNİB
Suriya müxalifət nümayəndələri bəyan ediblər ki, onlar Rusiyaya məxsus helikopteri vurublar.

Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Onların sözlərinə görə, helikopter tank əleyhinə raketlə vurulub.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər. Son məlumatlara görə, hər iki pilot həlak olub.

***
17:43

`Reuters` agentliyi xəbər verir ki, Suriya müxalifəti tərəfindən vurulan helikopter Latakiya vilayətində təcili eniş edib. Hadisəninin təfərruatları barədə məlumat verilmir.

İlkin məlumatlara görə helikopter `Su-24` təyyarəsinin pilotlarını axtarırmış.

Geri dön