Vur əmri verən terrorçunu - Prezident əvf edibmiş
Tarix: 4-04-2015, 13:35 | Çap et
Vur əmri verən terrorçunu - Prezident əvf edibmiş
Türkiyədə prokuror Mehmet Səlim Kirazın qətlə yetirilməsi əmrini verən DHKP-C terror təşkilatının liderlərindən olan Hüseyin Fevzi Tekinin Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər tərəfindən əvf olunduğu məlum olub.

Avropa.info xəbər verir ki, 2003-cü ildə həbsxanada olan Hüseyin Fevzi Tekin aclıq aksiyası keçirdiyi üçün "Wernicke-Korsakoff" xəstəliyinə tutulduğu səbəbilə Əhməd Necdət Sezər tərəfindən əvf olunan DHKP-C təşkilatı üzvlərinin arasında olub.

Həbsdən azad edilmə səbəbi kimi sənədlərdə həkimlərin ona verdiyi xəstəlik rəyi göstərilmişdi. Həmin rəydə Tekinin ayaq üsdə dura bilməyəcək qədər xəstə olduğu göstərilirdi.

Amma DHKP-C-nin həmin ilin may ayının birində keçirilən etiraz aksiyalarında Tekin ən ön sıralarda yer alırdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net