Bakıda 5 yol polisi sürücünü döyüb – Şikayət
Tarix: 4-04-2015, 12:55 | Çap et
Bakıda 5 yol polisi sürücünü döyüb – Şikayət
Bakıda sürücü yol polisi əməkdaşları tərəfindən döyülməsi haqda polis bölməsinə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Salyan rayon sakini 1982-ci il təvəllüdlü Abbas Qafarov bildirib ki, martın 28-də saat 03 radələrində H.Əliyev prospektində idarə etdiyi Tofaş markalı 10 RG 430 nömrəli avtomobili nömrəsini bilmədiyi iki YPX avtomobili təqib edib.

Buna görə də sürücü idarəetməni itirərək maşını səkiyə vurub. Sonra həmin polis avtomobillərindən düşən 5 nəfər YPX əməkdaşı onu döyüblər.

A.Qafarov xəstəxanada tibbi yardım alıb evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net