Zərdabda oğurluq hadisəsini niyə gizlədirlər?
Tarix: 3-04-2015, 09:33 | Çap et
Zərdabda oğurluq hadisəsini niyə gizlədirlər?
Zərdabın rayonun Məlikli kəndində oğurluq hadisəsi baş verib.

Bu barədə Arqument.Az-a Zərdabdan daxil olan məlumatda bildirilir.

Rayon sakinlərinin verdiyi bilgiyə görə, əvvəllər də mal-qara oğurluğu ilə məşğul olan Teymurov Fəqan Habil oğlu həmkəndlisi Eyvaz kişinin ağac kəsən maşınını (motopila) oğurlayıb.

Rayondan verilən məlumata görə bu məsələ hər kəsdən gizli saxlanılır. Çünki adı oğurluqda hallandırılan Fəqan Teymurov Zərdab Rayon Polis İdarəsinin rəis müavini Nadir Teymurovun əmisi oğludur.

Məsələ ilə bağlı Zərdab rayon Polis İdarəsi ilə əlaqə saxlasaq da, axşam saatları olduğu üçün rəsmi mövqe öyrənə bilmədik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net