Abdolbari Goozal nəinki Azərbaycanı tərk etmir, şirkət də yaradır
Tarix: 2-04-2015, 08:47 |
Çap et
“Azersun Holding” şirkətlər qrupunun Heydər Əliyev, 94 ünvanında yerləşən baş ofisində üç yeni şirkət qeydiyyata alınıb. Onlar ölkə regionlarında fəaliyyət göstərəcəklər.
Vergilər Nazirliyinin məlumatına görə, “Qusar-Aqro” MMC, , “Qusar-İstixana” və “Gozel Tebiet” şirkətləri təsis edilib. Şirkətlərin nizamnamə kapitalına 10 000 manat qoyulub. Şirkətlərin adları belə güman etməyə əsas verir ki, onlar kənd təsərrüfatı istehsalı sahəsində fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, “Azersun Holding” şirkətlər qrupu Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir və ərzq malları bazarına tədarükün həcminə görə lider sayılır. Şirkətin kənd təsərrüfatı, ərzaq malları istehsalı, kağız sənayesi, pərakəndə satış və distribusiya üzrə müəssisələri ölkə boyunca fəaliyyət göstərir.
2013-cü il üçün açıqlanmış maliyyə hesabatına görə, onun struktutuna 12 törəmə müəssisə daxildir.