İcra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür – FOTO
Tarix: 31-03-2015, 14:22 | Çap et
İcra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür – FOTO
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin paytaxtda nömrəsiz qırmızı rəngli "Ferrari" sürdüyü ortaya çıxıb.

Sərhəd.info-nun verdiyi məlumata görə, Ramal Quliyev tez-tez bu avtomobildən istifadə edir və DYP əməkdaşları onu heç vaxt saxlamağa cürət etmirlər.

Qeyd edək ki, avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək qanunla qadağandır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bir müddət öncə mətbuağı açıqlamasında bildirmişdi ki, nəqliyyat vasitəsinin bir və ya hər iki qeydiyyat nişanı olmadan idarə olunması qadağandır: «Heç bir halda icazə verilmir ki, sürücü avtomobilini nömrəsiz idarə etsin. Bu məsələ hər zaman yol polisinin diqqət mərkəzindədir».

Lakin atasının vəzifədə olmasına güvənən Ramal Quliyev qanunu ayaqlar altına ataraq istər rayonda, istərsə də paytaxt Bakı şəhərində istədiyi kimi hərəkət edir və hətta dövlət nömrə nişanı olmadan avtomobil idərə etməkdən çəkinmir.//serhed.info

İcra başçısının oğlu Bakıda nömrəsiz “Ferrari” sürür – FOTO





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net