Hüquq müdafiəçisi növbəti əfv fərmanı gözlənildiyini bildirir
Tarix: 14-03-2015, 16:21 | Çap et
Hüquq müdafiəçisi növbəti əfv fərmanı gözlənildiyini bildirir
Biz əfv fərmanın olacağına ümid edirik və bizim 23 nəfərlik siyahıda hər hansı dəyişklik yoxdur. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bunu Turana bildirib.

Siyahıda kimlərin adlarının olmasına gəlincə, N.Cəfəroğlu bu siyahı ilə İşçi Qrupunun siyahısında fərqlər odluğu üçün adları tam açıqlaya bilməyəcəyini söyləyib.

Hüquq müdafiəçisi keçmiş səhiyyə naziri Əli İnsanovun, xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin, jurnalist Rauf Mirqədirovun, hüquq müdafiəçiləri Arif və Leyla Yunusların, “Müsavat” partiyası başqanın müavini Tofiq Yaqublunun, REAL Hərəkatının sədri İlqar Məmmədovun adlarının siyahıda olduğunu, amma kimlərin əfv edilməsini dövlət başçısından asılı məsələ olduğunu bildiri.

Səmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlilə bağlı ömürlük həbs cəzası almış Vüqar Əliyevin əfv ərizəsi yazmasına toxunan N.Cəfəroğlu bu şəxsin adının “müəmmalı işlər siyahısı”nda olduğunu nəzərə çatdırıb.

Hüquq müdiəçisi öz siyahılarından əlavə daxil olan ərizələr əsasında hazırlanan siyahı olduğunu, həmin siyahının xəstə, müəmmalı işlər adı ilə müzakirəyə çıxarıldığını söyləyib. Adı çəkilən qətlə görə məhkum olmuş Lamiyə Quliyeva bu yaxınlarda azadlığa çıxdıqdan sonra V.Əliyevin də işinə yenidən baxılması üçün adı müəmmalı işlər siyahısına salınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net