`OMON-çuları heç kim incitmir`
Tarix: 12-03-2015, 13:00 | Çap et
`OMON-çuları heç kim incitmir`
Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandirlərindən olmuş Nizami Şahmuradovun “keçmiş döyüşçülər veteran vəsiqələrini ala bilmirlər”, “döyüşlərdə iştiraklarını təsdiqləyən sənədlər verilmir” kimi iddiaları əsassızdır”.

AzVision xəbər verir ki, bu barədə Trend-ə OMON-çuların Hüquqlarını Müdafiə Komitəsinin sədri Famil Süleymanov deyib.

Komitənin 1995-ci ildən fəaliyyət göstərdiyini qeyd edən F.Süleymanov vurğulayıb ki, ölkədə olan bütün OMON-çular, şəhid olan OMON-çuların ailələri ona müraciət edir və bütün sənəd işlərində onlara yardım göstərir: “Bu günə qədər kimə nə sənəd lazımdırsa, mənə müraciət edir. 1200 nəfərə qədər OMON-çu olub və cəmi 90 nəfər vəsiqə almayan qalıb. Onların da müxtəlif sənədləri çatmır ki, bunlar da Daxili İşlər Nazirliyindən, rayon polis şöbələrindən tapılır və onlara veteran vəsiqələri verilir. Artıq getdikcə vəsiqə almayan OMON-çuların sayı azalır. Bu yaxınlarda bu proses tamamlanacaq və hamı veteran vəsiqəsini alacaq”.

F.Süleymanov qeyd edib ki, respublikada şəhid ailələrinə necə qayğı göstərilirsə, OMON-çulara da elə qayğı göstərilir: “Hətta Daxili İşlər Nazirliyi OMON-çu şəhid ailələrinə əlavə olaraq 70 manat yardım göstərir. Bu gün heç kim OMON-çuları incitmir. Nizami Şahmuradovun dedikləri düzgün deyil və məqsədli şəkildə bu cür yalan məlumatlar yayırlar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net