Kəmaləddin Heydərova işçisindən şikayət OLUNUR
Tarix: 12-03-2015, 09:31 | Çap et
Kəmaləddin Heydərova işçisindən şikayət OLUNUR
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional İdarəsindən şikayət var.

Bu barədə Arqument.Az-a Lənkərandan daxil olan şikayət məktubunda məlumat verilir.

Belə ki, bir qrup sakin Regional idarənin rəisi Saleh Abışovun fəaliyyətindən gileylənir.

Onların sözlərinə görə, regional idarənin Normativ Tikinti şöbəsinin rəisi Saleh Abışov idarəçiliyi faktiki əlində cəmləşdirib. Rəhbərliyə məhəl qoymadan idarədə istədiyini edən S.Abışov işçilərə qan uddurur. Öz əmrlərini diktə edən bu şəxs hətta bir neçə zabitin vəzifədən alınmasına səbəb olub. S.Abışovun tikinti sektoruna nəzarət etdiyini nəzərə alsaq, külli miqdarda korrupsiya faktlarının olması labüddür.

Verilən məlumata görə, mayor rütbəli S.Abışov özünü dövlət məmuru kimi deyil, mülkədar kimi aparır. Belə ki, onun Digah kəndində hektarlarla torpağa sahib olduğu deyilir.

S.Abışovun qanunsuz əməlləri bununla bitib-tükənmir. Bir müddət öncə idarənin avtomobilindən qanunsuz istifadə edən S.Abışov Lənkəran şəhərində qəza törədib.

Xoşbəxtlikdən zərərçəkən olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Şikayətçilər bununla bağlı yaxın günlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərova da müraciət edəcəklərini deyirlər. Onlar hesab edirlər ki, baş verənləri tam təfərrüatı ilə nazirə çatdıracaqlar və bunlar yəqin ki, nəticəsiz qalmayacaq.

Yazıda səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net