`Toyda qadınla kişinin bir yerdə oynaması haramdır`
Tarix: 12-03-2015, 09:02 | Çap et
`Toyda qadınla kişinin bir yerdə oynaması haramdır`
“İstər hicablı, istərsə də hicabsız xanım olsun, İslam şəriətinə görə qadın-kişi məclislərinin qarışıq olması, kişinin qadınların qarşısında, qadınların kişilər qarşısında oynaması haramdır. Hicablı xanım naməhrəm kişilərin iştirak etdiyi toy mərasimlərində və ya şənliklərində rəqs etməməlidir.”

İlahiyyatçı Bəhruz Camal analitik.az-a bildirib ki, normalar gözlənilmək şərti ilə qadın-kişi məclisi bir yerdə keçirilə bilər:

“Yəni oyun olmasın, qadınlar ayrı və kişilər ayrı əyləşsinlər. Təəssüflər olsun ki, bizim toylarda vəziyyət başqa cürdür. Bu toylarda hansı halların baş verdiyini müşahidə edirik. Toyda qadın kişinin bir yerdə oynaması belə haramdır. Qadınların öz həmcinsləri arasında, həmçinin kişilərin özləri arasında oynamasına İslam qadağa qoymur. Qadın və kişi məclisləri ayrı olmalıdır”.

B. Camal hesab edir ki, hicablı olmaq dinin göstəricisi demək deyil. Bəziləri hicabı dəb xatirinə bağlayır:

“Başı bağlıdır, amma namaz qılmır. Mən bunun Türkiyədə də şahidi oldum. Yəni bu halların əksəriyyəti Türkiyədə baş verir. Orada bu ənənəvi geyim forması alıb. Buna hicab deməyək, başı örtülü deyək. Bu şəriətin müəyyən etdiyi hicab hökmündə deyil. İstər hicablı və ya qeyri-hicablı bu məclislərdə oynaması şəriətə ziddir. Əgər hicab geyinib hicab adı altında edirsə, bunun günahı ikiqatdır".

İlahiyyatçının fikrincə bunun kökü cəmiyyətdə dini maarifçiliyin az olmasından qaynaqlanır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net