Bakıda avtoservisdə 2 minik avtomobili və 5 motosiklet yandı
Tarix: 12-03-2015, 08:52 | Çap et
Bakıda avtoservisdə 2 minik avtomobili və 5 motosiklet yandı
Bakıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlum olmayan “Nissan” markalı minik avtomobilin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletləri yanıb.

Təmirə dayanmış “Range Rover” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net