Qanuni oğru olmuş məmurlar – ARAŞDIRMA
Tarix: 25-01-2016, 15:03 | Çap et
Qanuni oğru olmuş məmurlar – ARAŞDIRMA
Oğru dünyasında” liderliyi ələ alan gürcülər Natan Frenkelsayağı “dövlət içində dövlət” qurdular. Tezliklə tanınmış gürcü “qanunu oğru”larından biri olan Caba İoseliani Gürcüstanın gələcək prezidenti Eduard Şevardzenin koməkçisi, sonralar isə müdafiə naziri oldu.
Tarix kriminal dünyada “imperator”, “xaç atası” “general” kimi məşhur olanların dövlət nüməyəndəsi və ya siyasi lider səviyyəsinə yüksəməsinin də az şahidi olmayıb. Əfsanəvi Odessa “kralı” Mişa Yaponçik Rusiyada vətəndaş müharibəsinin qəhrəmanı və sovet sərkərdəsi idi.
O, hələ gənc ikən XX əsrin əvvəllərində gələcəkdə sovet çekistlərinin əfsanvi başçısı – Feliks Edmundoviç Dzerjinskini ilə eyni həbsxanada məhbusluq həyatı yaşamışdı. Dzerjinskiyə türmədən qaçmağa kömək etdiyinə görə çar höküməti onu 1908-ci ildə siyasi məhbus kimi katorqaya göndərmişdi. 1917-ci ildə Müvəqqəti Hökümətin başçısı Kerenskinin əfv fərmanı ilə azadlığa çıxan keçmiş anarxist Odessaya “oğru” kimi döndü. Sonralar onu “qanuni” adlandırmağa başladılar…
Yeni hökümət Yaponçikə maddi rifahının yaxşılaşacağını vəd edirdi. Bundan ruhlanan Yaponçik on illik sürgün təcrübəsinə arxalanaraq “oğru”lardan ibarət sərrast atıcı alayı yaratdı və Sovet hakimiyyəti uğrunda savaşa qatıldı. .
Rusiyada vətəndaş müharibəsindən və sosialist inqilabından sonra dövlətin rəsmi qanunlarından fərqlənən Yaponçik kimi qəhrəmanların “oğru qanunlarına” daha ehtiyac qalmırdı. Yaponçikin əsas qanunu “talançını talamaq, soyğunçunu soymaq idi”. (Eynən Azərbaycanda el-oba məsəlində deyidiyi kimi: “Oğrudan oğruya halaldır”)
Ona görə də Yaponçik ləqəbli keçmiş qırmızı komandiri – Moisey Volfoviç Vinnitskini (1881—1919) sovet dövləti bolşeviksayağı güllələnmə hökmü ilə aradan götürdü. “Odessa kralı”nın acı aqibəti “oğru”ları sovet dövləti ilə “dostluq” münasibətindən imtina etməyə sövq etdi.
Beləliklə, Mişa Yaponçikin adı kriminal tarxinə fəxri “qanuni oğru” kimi yazıldı. Kriminaloji mənbələrdə məhz onun sağ əli olmuş və “oğru məktəbi”ni keçmış Natan Frenkelin əvvəlcə Feliks Dzerjiniski ilə, sonra Stalinə görüşdüyü söylənilir.
“Arxipelaq QULAQ” əsərində Sоljenitsin onun türk yevreyi olduğunu bidirir. Frenkel 1918-ci ildə Yaponçiklə tanış olub, onun cinayətkar dəstədinə qoşulur. Məlum atıcı alayı ləğv ediləndən sonra Odessaya qayıdıb oğurluqdan tutmuş qaçaqmalçılığa qədər hər cür kriminal işlərlə məşğul olur. Bolşeviklər NEP-i (yeni iqtisadi siyasət) həyata keçirəndə Frenkelin “oğru bəxti” gətirir, o, zamanın – “hərbi kommunizm”in ruhunu tutur və “dövlət içində dövlət”, yəni imperiya yaradır…
Odessadan aldığı kriminal xəbərlər Dzerjinskini o qədər çaşdırır ki, çekistlə quldurun, əksinqilabçı ilə dövlət məmurunun hansı tərəfdə olduğunu müəyyən edə bilmir. Yeganə yol odessalı çekstləri ÇK-nın (fövqəladə komissarlığın) tərkibindən kənarlaşdırmaqda görür. (Oxşar hadisə XXI əsrdə Azərbaycanın MTN –də baş verdi) Deyilənlərə görə bu ənənə 70 il davam etdib. Yəni SSRİ süqut edən günəcən…
Amma 9 adamı ilə həbsə alınan Frenkeli 1924 –cü ildə labüd ölümün pəncəcindən möcüzə xilas edir. Son anda ölüm hökmü on oillik katorqa həyatıyla əvəzlənir. Frenkel xilasına görə düşünürdü ki, onun qurduğu “imperiya” hələ də yaşayır. Rusiyanın NTV telekanalında Leonid Kanevskinin “istintaqına” istinad etsək, hökm icra olunan zaman Dzerjiniski gəlib çıxıb. Nəyə görəsə, təkcə onu güllələnmədən xilas edib…
Kim bilir, bəlkə baş çekist vaxtilə “fəxri qanuni oğru” Mişa Yaponçikin elədiyi yaxşılığın əvəzini onun sağ əli olmuş Natan Frenkelə nicat verməklə çıxmaq istəyib?!
Tale ilahəsi Frenkelə məhbusluq həyatında böyük uğurlar bəxş edir. Qısa şəkildə “SLON” adlanan düşərgədə onun cəza müddəti ikiqat azaldılır. Frenkel həbs düşərgəsində yeni tipli həbsxana yaratmaq təşəbbüsünü irəli sürür. Və bundan da artığına nail olur. 1929-cu ildə Stalin onu Kremlə gətizdirir, bağlı qapı arxasında “zek”in ideyaları ilə tanış olur və onları həyata keçirmək üçün ona səlahiyyət verir.
Kim bilir, bəlkə o anlarda “el atası” hələ Stalin olmamış Koba ləqəbi ilə məhşur oğru kimi tanındığı günləri yada salıb; Azərbaycanın cənubunda – Lənkaranda 2-ci dərəcəli Asiya Bankını çapıb-taladığı, sonra Bayıl türməsinə düşdüyü və ordan qaçdığı çağlar bir-bir gözlərinin önündə canlanmışdı… Hərdən tək qalanda “oğru” dünyasından boylanan keçmişi onu kölgə kimi izləyirdi. Düşünürdü ki, “Ölkədəki oğruları nəzarətdə saxlamaq lazımdır… Onların siyasi dustaqlarla birləşməsinə heç cür fürsət vermək olmaz!”
…Məhbusları işə cəlb etməklə Natan Frenkel “Koba”ya sübut etdi ki, azadlıq hüququ əlindən alınmış adamların ucuz əməyi həm yaxşı gəlir mənbəyidir, həm də tərbiyə metodu. “Koba” “oğru”ya “yoldaş” deyə müraciət etdi və ona – Natan Frenkelə təzə işində uğur dilədi.
Onun hazırladığı böyük tikinti işləri ilə bağlı proyektləri həyata keçirməyə dustaqlar azlıq edirdi… Frenkelə əngəl törədən çinovniklərin öhdəsindən “imperiya nökərləri” gəlirdi. 1932-ci ildə o – Natan Frenkel Lenin ordeni ilə təltif olundu… Vəzifə və rütbə pillələrinə asanlıqla qalxdı. 1936- cı ildə hərbi rütbəsi artırılır. 37 – də isə yenə ölüm təhlükəsi başının üstünü kəsdirir. Və yenə “möcüzə” baş verir. Güllələnmədən yaxasını qurtarır. 1940-cı ildə Beriyanın göstərişi ilə həbsdən azad olur. 43-də general-leytenant rütbəsiylə bərabər ikinçi dəfə Lenin ordeni ilə təltif olunur. 1947-ci ildə Natan Frenkel rüşvət verib istefaya çıxır. Bir il sonra onun bütün tərəfdaşları həbs olunur… Fəxri təqaüdçü Qırmızı “Robin Qud”un bu dəfə də bəxti gətirir…
…Rusiyanın ən varlı adamları haqqında “İlk iyirmilik” kitabını “xəstəlik tarixçəsi ilə cinayət işi arasında ortaq bir şey” adlandıran müəllifin bir versiyasına görə “qanuni oğru”lar Cinayət Kodeksində siyasi maddələrlə “oğru” maddələri araslndakı fərqə görə yaranıb. Məsələn, 1921 – ci ildə Lenin tərəfindən hazırlaanmış “güllələnmə maddəsi” sonralar məşhur “59”–a çevrilmişdir. Bolşeviklərin əsas düşmənləri cinayətkarlar deyil, siyasi rəqiblər hesab olunurdu. Siyasi “düşmən”lərlə sovet dövləti ən radikal metodlardan istifadə edirdi. Belələri üçün bir maddə var idi: güllələnmə. “Oğru” isə öz cəza müddətini çəkib azadlığa çıxırdı.
Yəni dövlət özü də bilmədən “oğru”ya fürsət verdi: “Sən dövlət işinə qarışma, dövlət də sənə dəyib-toxunmasin”. (Müasir çağla necə də düzgün səsləşir!.. Fəqət belə fürsət sanki vəzifə başında olan oğru məmurlara verilir) Bu prinsip “oğru”ların ən ali qanunu oldu. Məhz bundan sonra başqa “oğru” prinsipləri meydana gəldi. Məsələn, partiya üzvü olmamaq, orduya getməmək, dövlətlə əməkdaşlıq etməmək…
SSRİ – də “qanuni oğru”lar 30 – illərdə daha da təşkilatlandı. Kollektivləşmədə cinayətkar bandalara rəhbərlik edən elita çox vaxt bu ad altında inqilaba qədərki kriminal ənənələri bərpa etməyə çalışırdı. “Qanunu oğruları xüsusi davranış kodeksi, adət və ənənələr birləşdirirdi. O cümlədən ictimai qaydalara və ailə bağlarına əməl etmək (qanunu oğru heç vaxt qadınlara daimi əlaqə qura bilməzdi) və dövlət orqanları ilə əməkdaşlığa qadağa qoyulurdu”(“Rusiyada mütəşəkkil cinayətkarlığın qısa tarixi” Moskva, 2000- ci il, s. 76).
40 – cı illərdə kriminal mühitdən birdəfəlik yaxa qurtarmağın “çarəsi tapıldı”. Böyük Vətən Müharibəsində “qanuni oğru”lara vətəni faşizmdən qorumaq təklif olundu. Həbs düşərgələrində qalanlar, bu təklifi qəbul edib müharibəyə qatılan “həmkarlarini” “suka” adlandırdı. Qələbədən sonra sağ-salamat düşərgəyə qayıdanlara müharibəyə getməyən “oğru”lar “savaş” elan elədi. “Satqınlar müharibəsi” kimi cinayət tarixinə düşən bu savaşda hər iki tərəf böyük itkilər verdi. Beləliklə oğrular “zon”larda “Qırmızılar”a və “Qaralar”a bölündü… Müharibədən sonra 1947-ci ildə Moskvada azadlıqda olan “qanuni oğrular”bir araya gəldilər. İkinci belə toplantı 1955 – də Kazanda, bir il sonra üçüncüsü Krasnadarda keçidildi.
…1979-cu ildə kriminal liderlərlə (“qanuni oğru”larla ölkədə gizli fəaliyyət göstərən sahibkarların (“sexovik”lərin) Kislovodsk şəhərində görüşü (“sxodka”) oldu. Tərəflər arasında razılıq əldə olundu ki, hər bir sahibkar öz təhlükəsizliyinə görə gəlirlərinin 10 faizini “qanuni oğru”lara versin…
1982-ci ildə Tbilisidə daha mühüm bir “sxodka” oldu. “Qanuni oğru”lar dövlətlə “əlbir” fəaliyyət göstərmək məsələsini müzakirə etdilər. O vaxt dövlətdə korrupsiya halları baş alıb gedirdi. Amma yekdil qərara gələ bilmədilər. 4 ildən sonra bu məsələ yenidən gündəmə gətirildi. Ən nüfuzlu “qnunu oğru”lardan biri – odessalı Mişa Yaponçikin və Natan Frenkelin varisi sayılan Vasya Brilliant müzakirə olunan məsələnin əleyhinə çıxış etdi.
Vasya Brilliantın ölümqabağı fikirlərindən: “Mən Vladimir sentralında Bukovski ilə görüşmüşdüm. O, bizim bratvanı o zaman siyasətə çəkməyə çalışırdı. İstəyirdi ki, oğru dünyası dissidentlərə dəstək versin! Ona dedim ki, bizim sahibimiz olmur, amma dissidentlərin ağaları Qərbdə əyləşib. Bizim mövqeyimiz siyasətçilərin ürəyincə olmadı. İndi onlar üçün oğru dünyası, eləcə də Rusiya, boğazda ilişib qalan sümük kimidir”.
Bəzilərinin DTK-nın adamı zənn etdiyi cinayət dünyasının əfsanəvi şəxsiyyəti “qanuni oğru”lın dövlətlə əməkdaşlığına qəti etiraz etdi. Lakin gürcü “oğru”lar Brilliantın mövqeyi ilə razılaşmadılar. Ona görə yenə qərar qəbul edilmədi.
Vasya Brilliantın “Belıy Lebed” həbsxanasında müəmmalı ölümüylə Rusiyada böyük kriminal inqilabi hərəkat başladı. Çünki intihar faktı kimi cinayət işinə düşən 70 yaşlı patiarxın ölümü DİN-in Mərkəzi Aparatından gələn yüksək rütbəli zabitiylə görüşdən az sonra baş vermişdi. Həmin görüşdə Brillyantın dediyi son söz: “Bütün cinayətləri oğruların adına yazmayın və onlardan günah keçiləri düzəltməyin. Biz oğru həyatınının xaçını təmiz daşıyırıq. O sizin bütün dövlət tövləsindən təmizdir. Bu gün siz bizi boğzımıza kəndir keçirirsiz, sabah biz olmayanda, o kəndiri özünü öz boğazınıza keçirəcəksiniz….” Qanuni oğrunu muzdlu qatil boğaraq qətlə yetirsə də, onun ölümü özünü asmaq kimi qələmə verildi.
Bundan sonra “Oğru dünyasında” liderliyi ələ alan gürcülər Natan Frenkelsayağı “dövlət içində dövlət” qurdular. Tezliklə tanınmış gürcü “qanuni-oğru”larından biri olan Caba İoseliani Gürcüstanın gələcək prezidenti Eduard Şevardzenin koməkçisi, sonralar isə müdafiə naziri oldu.
Qafqaz qədimdən əfsanələr diyarı kimi tanınıb. Burada müasir dövrdə yaranan əfsanələrin çoxu oğru dünyasından bəhs edirdi. “Qanuni oğru”lar Gürçüstanda o qədər populyar idilər ki, o dövrdə rəyi soruşulan məktəblilərin 25 faizi həvəslə gələcəkdə “qanuni-oğru” olacaqlarını bildirirdilər. (Vadim Samodurov, “Kriminal dünyanın kralları”, “Arqumentı Nedeli”, 7 noyabr 2007-ci il, )
Hələ yenidənqurmadan qabaq Gürcüstan KP-nin birinci katibi Patiaşvili SSRİ-də ən qüdrətli mafiya klanlarından birinin başçısı “qanuni oğru” Kuçuurinin toyunda mənəvi ata kimi iştirak etmişdi…
“Təqribən həmin vaxtlarda Qafqaz respublikalarında gizli silahlı dəstələr formalaşır. Gizli mənbələr xəbər verdi ki, Ermənisatndan Dağlıq Qarabağa vertolyotlarla döyüş sursatları danışınır və korrupsiyalaşmış dövlət məmurları bunun üçün intensiv pul yığırlar” (Aleksandr Maksimov “Kim kimdir”, “EKSİMO” nəşriyyatı, 1997)
Cinayət tarixinə erməni DTK-nın əli ilə xaricdə və Azərbaycanda həyata keçirilən onlarca terror və başqa cinayət faktları məlumdur.
Yeri gəlmişkən, 1987-ci ilin mayında Sov.İKP MK-ın baş katibi Qorboçovu qətlə yetirmək istəyən Teymuraz adlı gürcü killer yaxalandı. Əməliyyatçıların məlumatına görə sifariş “qanuni oğru” Kuçuuri tərəfindən verilmışdı. Qorbaçov – Qılınc Mixayıl isə öz qisasını əvvəl Tibilisidə, sonra Bakıda tökdüyü coxlu günahsız insan qanlarıyla aldı. Ürəyi bununla soyumadı, o, Qoca Qafqaz münaqişə ocaqları yaratdı, məhz onun xeyir-duası ilə erməni daşnakları və oğruların nəinki Azərbaycanla Gürcüstana, hətta Türkiyəyə də əsassız torpaq iddiaları ortalığı qarışdırmağa başladı…moderator.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net