“Barak Obama Frankenşteyndir, şəxsən məni devirmək istəyir...”
Tarix: 10-03-2015, 11:06 | Çap et
“Barak Obama Frankenşteyndir, şəxsən məni devirmək istəyir...”
Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Barak Obamanı onu devirmək planlarında ittiham edib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Maduro ABŞ prezidenti Barak Obamanın 5 yüksək vəzifəli Venesuela rəsmisinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq onun ünvanına kəskin ifadələr səsləndirib. Televiziya ilə xalqa müraciət edən Maduro deyib: “ABŞ-ın imperialist elitasını təmsil edən Barak Obama şəxsən mənim hökumətimi devirməyə və Venesuelanın işlərinə qarışmağa, bununla da onu nəzarət altına almağa qərar verib.

Maduro həmçinin deyib ki, mərhum Venesuela lideri Uqo Çaves bütün dünyada ölkəsinin dostları şəbəkəsini yaradıb və məhz bu əlaqələrin sayəsində Obamanın çevriliş planı ona məlum olub. Çünki belə dostlar Ağ Evin özündə də var. “Barak Obama tarixə böyük səhvlərə yol verən Riçard Nikson və oğul Corc Buş kimi düşəcək. O, şizofrenik mesaj verən Frankenşteyn kimi qərar çıxarıb”-Venesuela lideri bildirib.

Qeyd edək ki, dünya bazarlarında neftin ucuzlaşması Venesuelada böyük iqtisadi böhrana səbəb olub. Ölkədə dollarla idxal edilən gündəlik tələbat malları kəskin bahalaşıb, mağazalarda qıtlıqdır. Hökumət əhaliyə tələbat mallarını talonla satır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net