Ana Sayfa > Sosial / Manşet > Misir Mərdanovdan sonra 3 il: Mikayıl Cabbarov nə ilə əfrqlənə bildi?

Misir Mərdanovdan sonra 3 il: Mikayıl Cabbarov nə ilə əfrqlənə bildi?


6-04-2015, 09:56. Yazar: admin
Misir Mərdanovdan sonra 3 il: Mikayıl Cabbarov nə ilə əfrqlənə bildi?
Redaksiyamızın electron poçtuna təhsil sistemindəki böhranlı durum, kadr çatışmamazlığı və ümumiyyətlə təhsil naziri Mikayıl Cabbarovun yarıtmaz kadr siyasətini hədəfə alan tənqidi material daxil olub.

Məqalənin Vertikal.az oxucularına da maraqlı olacağını güman edib, bəzi ixtisarlarla diqqətinizə təqdim edirik:

“Mikayıl Cabbarovun nazir təyin olunmasından artıq 3 il müddətin keçməsinə baxmayaraq Təhsil Nazirliyinin hələ də strukturu formalaşmamış və ölkə ictimaiətinə təqdim olunmamışdır. Hər dəfə Təhsil Nazirliyinin saytına nəzər saldıqda struktur bölməsində nazirliyin aparatının strukturu “hazırlanır” ifadəsinə rast gəlinir. Misir Mərdanov vəzifədən götürüldükdən sonra hamı düşünürdü ki, yeni nazir daha mütərəqqi metodlarla iş rejimi yaradacaq, təhsil sisitemini idarə edəcək bir çevik mexanizim quracaq və yeni qəbul olunmuş təhsil strategiyasına uğun bir struktur formalaşdıracaqdır.

Mikayıl Cabbarov isə bunun əvəzinə öz sinif yoldaşlarını tələbə dostlarını nazirliyin aparatına işə gətirmək üçün aparatın ştat cədvəlinə və strukturuna bir neçə nazir müşaviri və nazir köməkçisi vəzifəsini çoxlu sayda şöbə müdir mavinləri vəzifəsi və sektor müdir vəzifələrini struktura daxil etdi. Nazirlikdən olan mənbəmiz iddiya edir ki, hazırda heç prezidentin o qədər müşavir və köməkçi vəzifələri yoxdur, nəinki Mikayıl Cabbarovun o qədər müşavir və köməkçi vəzifələrində işləyən işçiləri vardır.

Bu yaxınlarda Prezident Administarsiyasının rəhbəri akademik Ramiz Mehdiyev tərəfindən təhsil sahəsində kadr böhranı əbəs yerə ölkə ictimaiətinin diqqətinə çatdırılmamışdır. Hörmətli Ramiz müəllim bu acınacaqlı vəziyyəti əslində hamıdan yaxşı görür və həyacan təbili çalmışdır.

Necə olur ki, bu günə qədər Təhsil Nazirliyinin aparatına işə qəbul oluan işçilərin heç biri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçmiyərək Təhsil Nazirliyində işə qəbul olunublar. Belə çıxır ki, nazir Mikayıl Cabbarov nazirliyin aparatının strukturuna dövlətin normativ sənədlərinə əməl etmədən istədiyi vəzifəni müəyyənləşdirir, dövlətin qanunlarını pozaraq işçiləri işə qəbul edir. Hələ bu azmış o qəbul etdiyi dostları tələbə və sinif yoldaşlarının biliyi hec bilinmir hansı səviyyədədir.

Biz hesab edirik ki, Təhsil Nazirliyində öyrədənlərin öyrədəni vəzifə tutmalıdır. Yoxsa orta məktəbi bir cür- birtəhər bitirən, ali məktəblərə fırıldaqlıq yolu ilə qəbul olub, əmi, dayı, xala və rüşvət hesabına ali təhsil alanlar Təhsil Nazirliyində vəzifə tuturlar. Sonra da gözləyirik ki yeni nazir təhsil sisteminə yeniliklər gətirəcək, şəffalıq və düzgünlük olacaq və təhsildə islahatlar həyata keçirəcək. Gəlin barışaq ki, təhsil sisteminə rəhbərlik etmək bu Mikayıl Cabbarovun işi deyil, bu vəzifə onun üçün həddindən artıq böyükdür. Həm də nəzrə almaq lazımdır ki, artıq Mikayıl Cabbarovun bir neçə təklifləri təhsildəki düşüncələri, ideyaları baxışları iflasa uğrayıb. Sivil cəmiyyətdə belə olduğu halda bu şəxslər istefa verirlər, əlbəttə bunu Mikayıl Cabbarova aid etmək olmaz, çünki…

Burda xalqımızın gözəl bir atalar sözü yadımıza düşür “Nə gedir bağdan gedir, Bağbandan nə gedir ki”. Mikayıl Cabbarovun təkliflərindən iflasa uğrayan ən başlıcası rayon, şəhər təhsil şöbələrini ləğv edib əvəzində respublikanın ayrı-ayrı rayonlarında zona təhsil idarələrinin yaradılması oldu. Sən demə hamı axmaq imiş bir ağıllı Mikayıl Cabbarovdur. Dünyanın heç bir ölkəsində təhsilin belə bir idarəetmə metodu yoxdur. Mikayıl Cabbarov “şto, qde, koqda” verlişində də kor-korana oynayırmış. Hamı yaxşı bilir ki, Mikayıl Cabbarovun bu zona təhsil idarələrinin yaradılamsında məqsədi təhsilin çevik idarəedilməsi mexanizmi yox, təhsilə dövlət tərəfindən ayrılan vəsaitlərin “çevik” mənimsənilməsi məqsədi olmuşdur. Hələ utanmadan da durub ictimaiətə bildirir ki, güya dövlət tərəfindən vəsait ayrılmadığından təhsilin zona idarələrinin yaradılması mümkün olmamışdır”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri dön