Ana Sayfa > Sosial / Manşet > Kürdəmirdə İcra Başçısının seçki oyunu

Kürdəmirdə İcra Başçısının seçki oyunu


30-10-2015, 10:42. Yazar: admin
Kürdəmirdə İcra Başçısının seçki oyunu
Son zamanlar 57 saylı Kürdəmir seçki dairəsində seçkiyə hazırlığın qalmaqalla müşahidə olunması barədə internet səhifələrində məlumatlar yayılıb.

Məsələ ilə bağlı redaksiyamıza daha bir ilginc informasiya daxil olub.

Məlumata görə, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov ilə yeznə-qayındır. MTN işi ilə bağlı vəzifəsindən azad edilən Vidadi Zeynalovun MTN-də tədris mərkəzinin rəisi işləyən qardaşı Vahid Zeynalovla birlikdə istintaqa cəlb olunduğu qeyd edilir.

O da qeyd olunur ki, 57 saylı Kürdəmir seçki dairəsindən bitərəf namizəd, əslən Ucar rayonundan olan Müslüm Məmmədovu da məhz, qohumu Ceyhun Cəfərova Vidadi Zeynalov tapşırıb. Kürdəmir rayonunda camaat arasında tanınmayan Müslüm Məmmədovun namizədliyini sözü gedən rayondan irəli sürməsi Ceyhun Cəfərov və Vidadi Zeynalovun "layihə"sidir.

Planlarının üzə çıxmasından çəkinən başçı əlaltıları vasitəsilə Kürdəmirdə belə bir söz-söhbət yayıb ki, guya Müslüm Məmmədovun deputat olması yuxarının tapşırığıdır. Deyilənlərə görə, Ceyhun Cəfərov YAP-ın vahid namizədinə qarşı təzyiqlər edərək onu hədələmiş və YAP-ın namizədinin təbliğat-təşviqat işləri aparmasına qadağa qoymuşdur. Elə buna görədir ki, başçı tərəfindən təşkil edilən Müslüm Məmmədovun vətəndaşlarla görüşlərində camaat namizədə qarşı öz etirazlarını bildirib. Ceyhun Cəfərovun YAP-a və onun namizədinə qarşı hörmətsizlik etməsi həm camaat arasında, həm də Kürdəmir üzrə 8 minə yaxın YAP üzvünün ciddi narazılığına səbəb olub.

Geri dön