Ana Sayfa > Sosial / Manşet > Yardımlıda iki kəndə ayrılmış 200 min manat hara yoxa çıxıb?
Yardımlıda iki kəndə ayrılmış 200 min manat hara yoxa çıxıb?19-10-2015, 09:20. Yazar: admin |
Yardımlı rayonunun iki kəndinə yol çəkilişi ilə bağlı ayrılmış üst-üstə 200 min manatın qaibətindən kimsənin xəbəri yoxdur. Bu barədə JAM.AZ-a Kamal adlı rayon sakini məlumat verib. Onun bildirdiyinə görə, Yardımlının Vəlixanlı və Porsova kəndlərinə yol çəkilişi ilə əlaqədar ayrı-ayrılıqda 200 min manat vəsait ayrılıb. Həmin kəndlərin sakinlərinə də deyiblər ki, yolun tez çəkilməsi üçün əhali də onlara köməklik göstərməlidir. Hər iki kəndin sakinləri də öz aralarında yardım üçün pul yığıblar. Mənbənin sözlərinə kənd camaatı toplam 5000 manat pul yığaraq, rəsmi qurumlara veriblər. “Həmin kəndlərə hansı səviyyədə yol çəkildyinə gəlib baxa bilərsiz. Ortada nə yol var, nə də yol üçün ayrılmış pul. Bərbaddır”. Ağa adlı rayon sakini isə JAM.AZ-a yazıb ki, Yardımlı şəhər 1 saylı orta məktəbin təmiri üçün bir xeyli əvvəl 1 milyon manat vəsait ayrılsa da, məktəb bərbad gündədir. “Baxan olsa, məktəbin təmiri üçün heç 50 min manat xərclənmədiyini görə bilərlər”. Qeyd edək ki, Yardımlı rayonunda büdcə vəsaitlərinin dağdılması prosesi çoxdan başlayıb və hazırda da davam edir. Gələn xəbərlərin sayı isə həddindən artıq çox olduğundan maksimum dərəcədə cəhd edib məsələni işqılandırmağa çalışırıq. Yaxın günlərdə Yardımlıda tender yolu ilə dağıdılan milyonlarla bağlı geniş məlumat verəcəyik. Geri dön |