Ana Sayfa > Sosial / Manşet > ŞOK: Azərbaycan bazarlarında ermənilər üçün nəzərdə tutulan məhsul satılır

ŞOK: Azərbaycan bazarlarında ermənilər üçün nəzərdə tutulan məhsul satılır


3-04-2015, 10:54. Yazar: admin
ŞOK: Azərbaycan bazarlarında ermənilər üçün nəzərdə tutulan məhsul satılır
Azərbaycanda satışda olan Rusiyanın “Russkiy produkt” fabrikinin məhsulu olan “Herkules” yulaf lopaları (sıyıqlarının) qutusu üzərində xarici dillərdə, hətta, erməni dilində məlumat olmasına baxmayaraq, Azərbaycan dilində qeyd yoxdur. Bu isə “Dövlət dili haqqında” qanunun pozulması deməkdir. Hazırda bu məhsullar paytaxtın bütün market və mağazalarında satılır.

ŞOK: Azərbaycan bazarlarında ermənilər üçün nəzərdə tutulan məhsul satılır

Vertikal.az bildirir ki, “Herkules”i Azərbaycana gətirən "Siren" firmasıdır. "Siren" firması Azərbaycan bazarında un və bəzi şirniyyat məhsullarının da təchizatçısı kimi tanınır. Hər bir halda qanunvericiliyin tələblərinə uyğun olmayan "Herkules" və s. məhsulların həm də Azərbaycan qanunlarının pozulması ilə ölkə sərhədlərindən keçirilməsi və ya daxildə doldurulması araşdırılmalı məsələdir.

Əlaqadar dövlət qurumlarının bu məsələni diqqətə almaları və qanunsuz məhsulların mənşəyini müəyyənləşdirməsi zəruridir. "Dövlət dili haqqında" Qanunun, həm də erməni dilinə yer verilməklə, pozulması ilk növbədə qürur məsələsidir. Həmçinin, uşaqların da sevimli sıyıq yeməyi olan "Herkules"in mənşəyinə dair şübhələrə və iddialara aydınlıq gətirilməlidir...

Geri dön