Ana Sayfa > Sosial / Manşet > Kredit qalmaqalı FHN-nin vəzifəli şəxslərinə çatdı - Məhkəmə

Kredit qalmaqalı FHN-nin vəzifəli şəxslərinə çatdı - Məhkəmə


5-10-2015, 09:19. Yazar: admin
Kredit qalmaqalı FHN-nin vəzifəli şəxslərinə çatdı - Məhkəmə
Bu ilin mart ayında Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyevin qəfil istefasından sonra adıçəkilən bankdan kredit götürən iş adamları və bəzi məmurlar məşəqqətli həyat yaşayırlar.

Belə ki, bir sıra tanınmış iş adamları Beynəlxalq Bankdan qanunsuz yollarla aldıqları kreditlərə görə saxlanılıb, barələrində cinayət işi açılıb. Bununla yanaşı, hələ də xeyli iş adamının ölkədən çıxışına qadağalar var.

Mia.az-a daxil olan məlumata görə, «Beynəlxalq Bank qalmaqalı»na görə təkcə iş adamları deyil, həm də vəzifəli şəxslərin də başları ağrıdılıb. Hətta elə məmurlar var ki, Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditə görə birbaşa məhkəmələrə cəlb olunub:

«Belələrindən biri də Fövqəladə Hallar Nazirliynin məsul əməkdaşı Suxoquzov Oleq Alekseyeviçdir. Adıçəkilən şəxs 13 dekabr 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən də təltif olunub. Suxoquzov Oleq Alekseyeviç fövqəladə halların qarşısının alınmasında və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb. Ancaq indi aydın olur ki, bu şəxs Beynəlxalq Bankdan kredit götürüb və bunu ödəməkdən yayınıb. Məhz buna görə də bank tərəfindən o və zamin duran şəxslər məhkəməyə veriliblər».

Məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Suxoquzov Oleq Alekseyeviç və qeyrilərinə qarşı əvvəlcə Nizami rayon Məhkəməsində iddia qaldırılıb: «Bank məhkəmədən faiz və dəbbə pulunun, ödənilmiş dövlər rüsumunun tutulması tələbinə dair tələblərinin təmin edilməsini xahiş edib. Nizami rayon Məhkəməsi iddianı qismən təmin edib. Ancaq bu qətnamə nə bankı, nə də FHN-nin məmurunu qane edib. Ona görə də hər iki tərəf qətnamədən apellyasiya şikayəti veriblər».

Şikayətin artıq Bakı Apellyasiya Məhkəməsində icraata götürüldüyünü də deyən müsahibimizin sözlərinə görə, işə hakim Mədinə Bağırovanın sədrlik etdiyi hakimlər heyəti baxır:

«Hakim iş üzrə gələn həftə işə baxacaq. Böyük ehimalla həmin günü FHN-nin vəzifəli şəxsi ilə bankın mübahisəsinə aydınlıq gətiriləcək».

Adı hallanan hər iki tərəfin mövqeyini də dinləməyə hazırıq.

Geri dön