Ana Sayfa > Sosial / Manşet > Gəncə Dövlət Universitetində maaşlar niyə qalxmır - ŞOK SƏBƏB

Gəncə Dövlət Universitetində maaşlar niyə qalxmır - ŞOK SƏBƏB


29-09-2015, 09:37. Yazar: admin
Gəncə Dövlət Universitetində maaşlar niyə qalxmır - ŞOK SƏBƏB
Ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu, Gəncə Dövlət Universitetinda xəyal olaraq qalır. Paytaxtin ali məktəblərində professorlar üçün 1000-1200 manat, dosentər üçün 700-800 manat, adi müəllimlər üçün 500-600 manat əmək haqqı verilir. Lakin GDU-da maaşlar bu rəqəmə çatmır. Gəncədə yerləşən və Kənd Təsərrüatı Nazirliyinə tabe olan ADAU-da da (tələbələri GDU-dan azdır) son bir tədris ilində əmək haqı bir neçə dəfə artırılıb - bu sözləri Vertikal.az-a müraciət edən vətəndaşlar bildiriblər.

Məlumat verən mənbə bildirir ki, ali təhsil ocağında tələbələrdən toplanan təhsil haqları hesabına prorektorlara, hətta rektorun köməkçisinə belə AA seriyalı avtomobillər verilib.

Vertikal.az-a yazan mənbə bildirir ki, GDU-da pul vəsaitlərin xərclənməsində israfçılıq olunur. Uzun müddət idi ki, GDU-da yalnız rektor və tədris işləri üzrə prorektor üçün iki xidməti avtomobil var idi. Bu digər universitetlərdə də belədir. İndi isə 5 prorektordan 4-nə xarici avtomobil alınmışdır. Bu az imiş kimi, rektorun köməkçisinə də bir xarici avtomobil AA seriyası ilə ayrılmışdır. Ümumiyyətlə, universitetdə 10-dan çox avtomobillər var. Əksəri xarici narkalı maşınlardır. Heç kim bunun əleyhinə deyil. Amma bunlara verilən böyük məbləğ pul əmək haqqının artırılmasına sərf olunsaydı, yaxşı olmazdımı.

Geri dön