Ana Sayfa > Sosial / Manşet > «Azəriqaz» 5 gündür vətəndaşı niyə qazsız qoyub?
«Azəriqaz» 5 gündür vətəndaşı niyə qazsız qoyub?11-08-2015, 10:55. Yazar: admin |
«Əgər kimsə maşınla qaz borusunu vurub sındırırsa, bunun əvəzini sakinlər ödəməlidir?» Bu sözləri FaktXəbər-ə Bakının Keşlə qəsəbəsində Qurban Sadıqov küçəsi, 8 yaşayan Fuad bəy bildirib. Onun sözlərinə görə, artıq 5 gündür ki, Bakının mərkəzində qazsızdırlar: « 5 gün öncə bir avtomobil qaz borusunu vurub aşırmışdı. Borunu da, mənim sayğacımı da sıradan çıxarıb. Artıq borunu düzəldiblər. Lakin mənim sayğacıma baxan yoxdur. Qaz idarəsinə gedirəm, deyir bizlik deyil, başqa yerə göndərilər, ordan da başqa yerə göndərirlər. Hara da şikayət edirəm, ötür-ötür oyunu oynayırlar. 104, 112… hər yerə zəng eləmişəm. Hamı deyir mənlik deyil». Ümidvarıq ki, müvafiq qurumlar bu məsələ ilə əlaqədar bir tədbir görəcəklər. Çünki artıq turizm mərkəzinə çevrilən bir şəhərin mərkəzində bir sakinin qazsız qalması biabırçı haldır. Qeyd edək ki, bu həm də təhlükəlidir. Çünki sayğacın sınması, onun qaz sızdırması ilə də nəticələnə bilər. Bunun da necə böyük faciə ilə nəticələnə biləcəyini yəqin ki, deməyə ehtiyac yoxdur… Geri dön |