Ana Sayfa > Sosial / Manşet > İcarədarlar Sumqayıt Ticarət Mərkəzindən pullarını istəyir (VİDEO)

İcarədarlar Sumqayıt Ticarət Mərkəzindən pullarını istəyir (VİDEO)


20-07-2015, 12:13. Yazar: admin
İcarədarlar Sumqayıt Ticarət Mərkəzindən pullarını istəyir (VİDEO)
Sumqayıt Ticarət Mərkəzinin keçmiş icarədarları şikayətçidirlər. Onlar obyekti icarəyə götürərkən depozit adı ilə 3000 manata yaxın pul ödədiklərini deyirlər. İcarədarlar pulu ödəyərkən heç bir müqavilə imzalamadıqlarını deyirlər.

“Deyirlər ki pullarımızı qaytaracaqlar. Neçə dəfə qəbullarında olduq. Bizə deyirlər ki, pulu kimə vermisizsə ondan alın. Pulu verən adam da deyir ki şapkadır.”-deyə Şahin Cəmiyev bildirir.

Şikayətçilər sabiq millət vəkili Nizami İsgəndərova məxsus Sumqayıt Ticarət Mərkəzində vergidən yayınma hallarının olduğunu deyirlər.

Abbas Mirzəyevin sözlərinə görə Sumqayıt Ticarət Mərkəzinin rəhbərliyi açıq şəkildə rüşvət aldığını bildirir.

“500 manat verdiyimiz icarə haqqının qarşılığında 120 manatlıq qəbz verirlər. Nəticədə vergidən yayınırlar.Rüşvət orda adi haldır. Bilmirəm keçmiş millət vəkili olmağından, əlaqələrindən istifadə edir. Özü pulu yığmır deyə elə bilir ki belə də olmalıdır”.hqdefault

Çernobl qəzasında əlil olan Fərman Məmmədov danışır ki, ayda 1000 manat icarə haqqı ödəyir. Dəfələrlə Nizami İsgəndərovun köməkçisi Etimad Bayramovdan xahiş etsə də, o icarə haqqını azaltmayıb.

“Prezidentin belə bir qərarı var. O, sahibkarlara xəbərdarlıq edib ki, aşağı təbəqəni incitməsinlər. Mən bu sözü onlara deyəndə dedilər ki, get hara istəyirsən şikayət et. İstəyirsən prezidentə, daxili işlər nazirliyinə şikayət et. Bizim üçün fərqi yoxdur.

Sumqayıt Ticarət Mərkəzinin mətbuat katibi Elçin Abdullayev Meydan TV-yə bildirib ki, icarədarlardan alınan depozitlərin bir qismi onlara qaytarılıb.

“Bizim rəhbərliyin, o cümədən Etimad Bayramovun verdiyi cavab bu olub ki, bizə pul verilməyib. Pulu kimə vermisizsə ondan alın. Ticarət mərkəzinə verilən depozitlər isə qaytarılır”.

Elçin Abdullayev vergidən yayınma hallarının baş verib-verməməsi ilə bağlı ünvanladığımız suala cavabında məsələdən xəbəri olmadığını deyib.

Hüquqşünas Yalçın İmanovun sözlərinə görə dünyanın heç bir yerində sahibkar fəaliyyətə başlayanda ondan depozit almırlar.

“Depozitlə bağlı tərəflərin arasında müqavilə yoxdursa, bu ciddi qanun pozuntusudur. Depozit adı altında həmin məbləğin tələb olunması qeyri-qanuni ödəmə kimi qəbul olunmalıdır”.

Pullarını tələb edən şikayətçilər məsələ ilə bağlı bütün orqanlara müraciət edəcəklərini deyirlər.


Geri dön