Ana Sayfa > Sosial / Manşet > Ağdaşın sosial təminatı rüşvət burulğanında batır

Ağdaşın sosial təminatı rüşvət burulğanında batır


8-07-2015, 10:08. Yazar: admin
Ağdaşın sosial təminatı rüşvət burulğanında batır
Bizə təqdim olunan məlumatlara görə bu gün Ağdaşda yaşayan vətəndaşlar dövlət tərəfindən ayrılan sosial yardımları almaqdan ötrü cox əziyyət çəkirlər. Belə ki, iddialara görə Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin əməkdaşları onlara bilərəkdən süni maneələr yaradırlar. Eyni zamanda da həmin əməkdaşlar tərəfindən sosial yardım sənədlərini düzəltmək adı ilə vətəndaşlardan rüşvət alınır. Bu xüsusda rayondan aldığımız məlumatlarda bildirilir ki, yerli ƏSMM-nin direktoru Mahir Ağayev həm mərkəzin əməkdaşlarının, həm də buraya müraciət edən sakinlərin qarşısına belə bir şərt qoyub - sosial yardım almaq istəyən şəxslər, bu yardımın verildiyi ilk 6 ay ərzində ayrılan məbləği mərkəzin rəhbərliyinə verməlidir. Bu şərtlərə əməl etməyən əməkdaşlar isə dərhal işdən qovulurlar. Buna görə də mərkəzin əməkdaşları, onlara müraciət edən vətəndaşın sosial yardım almaq üçün sənədləri hazır olandan sonra, 6 ay ərzində bankomat kartını özlərində saxlayırlar. Yalnız bu müddətdə vətəndaşa məxsus olan sosial yardım pulu mənimsənildikdən sonra, bankomat kartı öz sahibinə təhvil verilir. Bu günlərdə aldığımız daha bir məlumatda, Ağdaş rayonu Ləki qəsəbə sakini Samir Sabir oğlu Adıgözəlovun da başına belə bir oyunun gətirildiyi xəbər verilir. Şikayətçinin söylədiyinə görə, Adıgözəlovlar ailədə beş qardaşdırlar. Hamısı da ailəlidir və az yaşlı övladları da var. Ancaq, onların heç biri sosial yardım ala bilmir. Samir Adıgözəlovun sözlərinə görə, sosial yardım almaq məqsədilə o, Ağdaş rayon ƏSMM-nə dəfələrlə müraciət edib və hər dəfə də çoxlu əngəllərlə rastlaşıb. Vətəndaşın sözlərinə görə, ilk vaxtlar mərkəzin əməkdaşları heç bir əsas olmadan müvafiq sənədləri sadəcə qəbul etmirdilər. Bu minvalla S.Adıgözəlov bir müddət get-gələ salınıb. Və nəhayət növbəti dəfə mərkəzə gəldiyi zaman, burada gənc işçilərdən biri ona yaxınlaşaraq, get-gələ düşməməyin yolunu göstərir. Əməkdaş bildirib ki, bunun üçün 6-ayın sosial yardım pulunu onlara verməlisən. Daha sonra S.Adıgözəlov olanları belə təsvir edir: “Mən əvvəlcə razılaşmadım, dedim ki, mən sizdən müvafiq orqanlara şikayət edəcəyəm. O da cavabında mənə dedi ki, get hara istəyirsən şikayət et, bunun heç bir əhəmiyyəti yoxdur. Çünkü burada qaydaları və şərtləri Mahir müəllim qoyur. Bundan sonra məcbur olub mən də həmin şərtlərlə razılaşdım. Lakin o vaxtdan artıq altı ay keçsə də, məim bankomat kartımı hələ dəverməyiblər. Dəfələrlə də müraciət etmişəm. Bilmirəm, indi daha nə istəyirlər? Dövlət tərəfindən aztəminatli ailələrə ayrılan sosial vəsaitləri mənimsəməkdən doymayan rayon ƏSMM-nin rəhbərliyi, ötən 6 ay ərzində təkcə bizim ailəmizə dövlət tərəfindən ayrılan vəsitdən 1380 (bir min üz yüz səkksən) manatı mənimsəyib. Ağdaş rayonunda mənim kimi sosial yardıma ehtiyacı olanlar minlərlədir. Hətta mərkəzin əməkdaşları, Mahir Ağayevin tətbiq etdiyi bu şərtlə razılaşan imkanlı ailələrə də heç bir problem olmadan sosial yardım ayrılmasını təşkil edirlər. Lakin, qanuna əsasən sosial yardım almalı olan vətəndaşlar mədkəzə müraciət edib, Mahir Ağayevin şərtləriniqəbul etməzlərsə, onlara çoxlu problemlər yaradırlar. Haqqı tələb edən vətəndaşlardan çoxlu əlavə sənədlər tələb edərək, onları bezdirirlər. Mənim dörd qardaşımın ailələri az təminatlıdır. Onlar da sosil yardım üçün dəfələrlə yerli ƏSMM-nə mürciət ediblər, hər dəfə də onlardan əlavə sənəd tələb edir, ya da deyirlər ki, sizin ailələrinizə yardım düşmür. Halbuki, rayonda və yaşadığımız Ləki qəsəbəsində sosial yardım alan elə imkanlı ailələr var ki, onların sosial yardım almağa həqiqətən də ehtiyacları yoxdur. Ağdaş rayon ƏSMM-nin direktoru Mahir Ağayev öz seçimi əsasında, istədiyi şəxslərə dövlətin pulunu paylayır. Onun bu əməllərinin qarşısını alan və müvafiq tədbirlər görən isə yoxdur.”

Geri dön