Ana Sayfa > Sosial / Manşet > Bu məsələ Əbülfəs Qarayevi narahat etməlidir
Bu məsələ Əbülfəs Qarayevi narahat etməlidir2-07-2015, 11:10. Yazar: admin |
Qəzetimizin ötən saylarında dərc olunmuş iki müxtəlif tənqidi materialda Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin direktoru Təranə Ağalarovanın və paytaxtın Xətai rayonu, Keşlə qəsəbəsində yerləşən S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin direktoru Tofiq Salmanovun yol verdikləri vəzifədən sui-istifadə halları və digər qanun pozuntuları barədə bəzi açıqlamalar təqdim olunmuşdu. Qeyd edək ki, bu iki musiqi təhsili müəssisəsi coğrafi baxımdan biri-birilərindən kifayət qədər uzaq olsalar da, onların fəaliyyətlərində müşahidə olunan nöqsanlarda bir ümumilik, yaxınlıq diqqəti cəlb edirdi. Belə ki, aldığımız məlumatlara görə hər iki məktəb üçün “ölü canlar” təcrübəsinin geniş şəkildə tətbiqi xarakterikdir. Bu qisimdə məktəbin ştat cədvəlinə adları daxil edsilən heyətin maaş kartları isə məhz direktorun istifadəsində saxlanılır. Hər iki direktorun bu kartlardan əldə etdikləri aylıq gəlirlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Bundan başqa isə, hər iki məktəbdə “ölü canlar” kimi qeydiyyata alınmış müəllimlərdən başqa, real əmək fəaliyyətində olan müəllimlərin də hər birindən ayda müəyyən məbləğdə qeyri-qanuni haqq tutulur ki, bu pullar da bilavasitə məktəb direktoru tərəfindən mənimsənilir. Məlumatlara görə, hər iki məktəbdə ixtisaslar üzrə hazırlığın vəziyyəti, mövcud tədris şəraiti, maddi-texniki baza və sairə məqamlara dair vəziyyət də qeyri-qənaətbəxşdir. Eyni zamanda da bu məktəblərin fəaliyyətini əks etdirən rəsmi sənədlərdə bir çox saxtakarlıqlara yol verilir. Düzdür, aldığımız məlumatlarda bu iki musiqi məktəbinin fəaliyyətini fərqləndirən məqamlardan da bəhs olunur. Məsələn bildirilir ki, Tofiq Salmanovdan fərqli olaraq, Təranə Ağalarovanın ali təhsil barədə diplomu yoxdur. Biz artıq qeyd etmişdik ki, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəsmi internet səhifəsində təqdim olunan məlumatlarda da Təranə Ağalarovanın sadəcə Sumqayıt şəhər S.Hacıbəyov adına musiqi texnikumunu bitirdiyi bildirilir. Bu texnikum isə (hazırda kollec), Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir və buranın məzunları musiqi məktəbinin direktoru vəzifəsini tuta biməzlər. Amma qəribədir ki, sadalanan bu və bir çox digər faktların Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmasından sonra, nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev tərəfindən imzalanmış məktubda rəsmi olaraq bildirilmişdir ki, “ərizədə göstərilənlər öz təsdiqini tapmamışdır”. Çox gözəl, bəlkə bütün şübhələrə son qoymaq üçün Təranə Ağalarovanın ali təhsil haqqında diplomunun surətini də təqdim edəsiniz?Nə isə, bütün bunlar indi toxunacağımız növbəti məqamla müqayisədə əslində qətiyyən maraqlı görünmür. Bu məqam isə Mehdiabad qəsəbə uşaq musiqi məktəbi ilə S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi arasında həqiqətən də bir ruhi yaxınlığın, doğmalığın olduğuna dəlalət edir. Xatırlayırsınızsa ötən materiallarda biz qeyd etmişdik ki, həm Təranə Ağalarova, həm də Tofiq Salmanov tez-tez xarici ölkələrə səfərlərə getməyə həvəsli olublar. Həm də bu səfərlər şəxsi xarakter daşısalar da, hörmətli direktorlar heç məzuniyyətə çıxmağa da lüzum görməyiblər. Onların səfərdə olduqları müddət ərzində isə, aldıqları əmək haqqları olduğu kimi, yenə də maaş kartlarına köçürülüb. Amma bu da maraqlı deyil. Maraqlı olan məqam, Təranə Ağalarovanın və Tofiq Salmanovun 2012-ci ilin feyral-noyabr ayları ərzində ölkə sərhəddini keçmələri barədə bizə təqdim olunmuş məlumatlarda qeyd olunan tarixlərlə bağlıdır. Diqqət edin: Təranə Ağalarova: ölkədən çıxış ölkəyə giriş 17.02.2012. 22.02.2012. 25.05.2012. 06.06.2012. 18.07.2012. 22.07.2012. 04.11.2012. 05.11.2012. 12.11.2012. 19.11.2012. Tofiq Salmanov: ölkədən çıxış ölkəyə giriş 17.02.2012. 23.02.2012. 25.05.2012. 07.06.2012. 18.07.2012. 22.07.2012. 04.11.2012. 05.11.2012. 12.11.2012. 19.11.2012. Necə deyərlər, şərhə ehtiyac varmı? Mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |