Ana Sayfa > Sosial / Manşet > Lənkəranda Taleh Qaraşovla İlqar Dadaşovun bağça maxinasiyaları

Lənkəranda Taleh Qaraşovla İlqar Dadaşovun bağça maxinasiyaları


18-06-2015, 11:08. Yazar: admin
Lənkəranda Taleh Qaraşovla İlqar Dadaşovun bağça maxinasiyaları
Lənkərandan AzFakt.com-a verilən məlumata görə? rayonda fəaliyyət göstərən uşaq baxçalarında acınacaqlı vəziyyət hökm sürür. İnformasiya mənbəmiz bildirir ki, Lənkəran kəndləri ilə bərabər şəhərin özündə fəaliyyət göstərən bir çox baxçalarda belə uşaqlar gündəlik normal qidalanmaya həsrətdirlər. Buna görədə valideyinlər hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almağa məcburiyyətində qalırlar. Rayonda fəaliyyət göstərən uşaq baxçaları Lənkəran şəhər icra nümayəndəsinə tabe olduğu üçün, baxçalara alınan ərzaq məhsullarının vəsaitinin xərclənməsinidə bu qurum həyata keçirir. Ancaq təəsüflər olsun ki, Lənkəran Maliyyə idarəsindən şəhər icra nümayəndəliyinə baxçalara ərzaq alınması üçün ayrılan vəsaitlərin bir hissəsini mənimsənilir.
Mənbəmiz bildirir ki, uşaq baxçalarındakı ərzaq çatışmazlığının əsl səbəbkarları rayon icra başçısı Taleh Qaraşovla onun birinci müavini İlqar Dadşovdur. Belə ki, icra başçısının göstərişi ilə baxçalara nəzarəti öz üzrərinə götürən İlqar Dadşov Lənkəran şəhər icra nümayəndəsi ilə əlbir olaraq dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəini cibinə axıdır. Baxçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizi icra başçısı Taleh Qaraşova çatdığı deyilir.
AzFakt.com-un apardığı araşdırmada məlum oldu ki, hər il Lənkəran şəhər və kəndlərindəki uşaq baxçalarına dövlət və rayonun daxili büdcəsindən 500 min manatdan çox vəsait ayrılır. Məsələn 2014-cü il Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında Lənəkran rayonuna 415 min manat ərzaq mallarının alınması üçün vəsait ayrıldğı yazılıb. Həmin vəsaitin 118 (118000) mini Lənkəran şəhər icra nümayəndəliyinə, yerdə qalan 282 min manat vəsait isə Liman şəhər (42000 min), Balıqçılar (10000 min), Haftoni (10000 min), Gəgirgan (28500 min), Mamusta (13000 min), Rvo (12249 min) , Şağlaser (21159 min), Osaküçə (9000 min), Siyavar (27999 min), Boladi (21067 min), Sütəmuradov (9000 min), Gərmətürk (30040 min), İstisu (12000 min), Kosalar (6000 min), Xolimli (7800 min), Aşağı Nüvədi 912960 min) , Səpnəkəran (19999 min) , Nərimanabad (22000 min) kənd və qəsəbə icra nüməyəndələrinə ayrılıb. Bundan başqa Lənkəran rayon daxili büdcəsindən Gəgiravan, Mamusta, Haftoni, Balıqçılar, Nərimanabad, Siyavar, İstisu kənd, qəsəbələrinə, Liman şəhər və Lənkəran şəhər icra nümayənədinə əlavə ərzaq mallarının alınması üçün 130 min manat vəsait ayrılıb. Ümumi vəsait 550 min manat təşkil etdiyi halda Lənkəran baxçalarındakı ərzaq çatışmamazlığı bircə o anlama gəlir ki, rayon icra başçısı Taleh Qaraşov və müavini İlqar dadşov uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Bunu məlumat verən mənbəmizdə təsdiqlədi və bildirdi ki, ”icra başçısı ilə müavini hər il baxça maxinasiyasında ən azı 250-300 min manat qazanc götürürlər”. Ancaq bu qazanc təkcə ərzaq mallarının alınması altında həyata keçirilmir.
Belə ki, hər il rayon daxili büdcəsindən yuxarıda adını çəkdiyimiz kəndlərdə və Lənkəran şəhərində yerləşən uşaq baxçalarının carı təmiri üçün 200-300 min manat arası vəsait ayrılır.Ayrılan vəsaitin isə 30 faizi aidiyyatı üzrə xərclənir. Yerdə qalan vəsait birbaşa icra başçısı ilə müavini arasında bölüşdürülür. Bildirək ki, bir neçə həftə öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Lənkəran şəhərindəki uşaq bağçalarında yoxlama aparıb. Komitə əməkdaşları Lənkəran şəhəri, Su qəsəbəsi 8 ünvanında yerləşən 16 saylı uşaq bağçası və Vaqif küçəsi 2 ünvanında yerləşən 6 saylı körpələr evində bərbad vəziyyətlə rastlaşıblar.
Bu barədə komitədən verilən məlumatda qeyd olunurdu ki, hər iki müəssisədə AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri kobud şəkildə pozulur. Belə ki, müəssisələrdə hazırlanan yeməklər texnoloji təlimat və reseptura olmadan hazırlanır, hazır qida istehlaka verilməzdən əvvəl təhsil müəssisəsinin səlahiyyətli nümayəndəsi və tibb işçisindən ibarət komissiya tərəfindən ona nəzarət edilmir, azyaşlılara verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası aparılmır.
Həmçinin hazırlanan məhsullarda gündəlik qida rasionu tələblərinə əməl edilmir, yeməklərdə ət və ət məhsullarından istifadə olunmur. Müəssisələrin mətbəxi natəmiz vəziyyətdə saxlanılır, sanitar normalar pozulur. Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Məlumat mənbəmiz iddia edir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran şəhərindəki uşaq bağçalarında aşkarladığı bərbad vəziyyət kənd uşaq evlərinə baxanda yaxşı haldır. Çünki Lənkəran kəndlərində fəaliyyət göstərən uşaq baxçalarında vəziyyət bərbad yox çox ACINACAQLI bir durumdadırlar.
Qeyd edək ki, Lənkəran uşaq baxçaları ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə kənd baxçalarının vəziyyəti və onlara cari təmir üçün nə qədər vəsaitin ayrılması, həmin vəsaitlərin necə mənimsənilməsi ilə bağlı oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Geri dön